Berlində Firəngiz Əlizadənin yubiley konserti
Azərbaycanın Almaniyadakı Səfirliyi
dekabrın 6-da Berlində
görkəmli bəstəkar,
UNESCO-nun “Sülh artisti”,
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
Firəngiz Əlizadənin
75 illik yubileyi münasibətilə konsert
təşkil edib. Tədbirə yubilyar özü
də qatılıb.
Səfirlikdən bildirilib ki, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində
keçirilən tədbirdə
əvvəlcə Firəngiz
Əlizadə haqqında
film nümayiş olunub.
Firəngiz Əlizadənin həyat və yaradıcılığından
söhbət açılıb. Qeyd edilib
ki, gənc yaşlarından musiqi əsərlərinin müəllifi
olan bəstəkar beynəlxalq səviyyədə
uğurlara imza atıb. Onun əsərləri dünyanın bir çox tanınmış
musiqiçiləri və
orkestrləri tərəfindən
ifa olunur. Bəstəkar Azərbaycan və
xaricdə pedaqoji fəaliyyətlə də
məşğul olur və çoxlu sayda musiqiçilərin yetişməsində əməyi
var.
Sonra Azərbaycandan
gələn musiqiçilərin
ifasında Firəngiz
Əlizadənin əsərlərindən
ibarət konsert təqdim olunub. Bəstəkarın
“Rəqs”, “Dastan”, “İmpuls”, “Muğamsayağı”
və digər əsərləri böyük
maraqla dinlənilib.
Mədəniyyət.- 2022.- 9
dekabr.- S.8.