“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimatı

 

Dekabrın 8-də AMEA Dilçilik İnstitutunda “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimatı keçirilib.

Tədbirdə AMEA prezidenti akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, akademiklər Nizami Cəfərov, Rafael Hüseynov, dilçi mütəxəssislər iştirak ediblər.

AMEA prezidenti İsa Həbibbəyli kitabı Dilçilik İnstitutunun pasportu hesab etdiyini deyib: “Bu kitab Qarabağ və Şərqi Zəngəzur üçün Dilçilik İnstitutunun ucaltdığı elmi abidədir. Bu, Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olmasının elmi sübutudur”.

İsa Həbibbəyli kitabın müəllif və tərtibçisi Kifayət İmamquliyevanı və atlasın ərsəyə gəlməsində çalışmış heyətin AMEA-nın Fəxri fərmanı ilə təltif edildiyini diqqətə çatdırıb.

Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası dilçilik tariximizdə bir ilkdir. Bu sözlər 692 məntəqədən toplanıb kitab halına salınıb. Gələcəkdə Gürcüstan azərbaycanlıları, Dərbənd azərbaycanlıları, həmçinin Cənubi Azərbaycanda yaşayan soydaşlarımız üçünbu cür dialektoloji atlasın hazırlanması nəzərdə tutulub.

 

Mədəniyyət.- 2022.- 9 dekabr.- S.4.