Özbək kinematoqrafçıları
Dövlət Film Fondunda
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 7-9 dekabr tarixlərində ölkəmizdə Özbəkistan kinosu günləri keçirilir. Bu münasibətlə Özbəkistan nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Dekabrın 7-də qardaş ölkənin nümayəndə heyəti Azərbaycan Dövlət Film Fondunu ziyarət edib. Ziyarət zamanı fondun yaranması və fəaliyyəti, burada qorunan kinolentlər və s. haqqında qonaqlara ətraflı məlumat verilib.
Sonra Dövlət Film Fondunun zalında “Fəridənin iki min mahnısı” özbək filmi nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl Özbəkistan Respublikası Kino Agentliyinin şöbə müdiri Firuzə Nadirova, agentliyin Bədii şurasının üzvü Rüstəm Cabbarov və “Kino sənəti” portalının baş redaktoru Şakirə Həmro çıxış edərək ekran əsəri haqqında məlumat vetiblər.
Bildirilib ki, film 2020-ci ildə “Özbəkkino” Milli Agentliyinin sifarişi ilə “Fox Music Cinema” kino şirkəti tərəfindən çəkilib. Özbəkistan ssenaristi və rejissoru Elkin Tuyçiyevin lentə aldığı ekran əsəri ötən əsrin əvvəllərində Türküstanda bir ailənin timsalında baş verən siyasi hadisələrdən bəhs edir.
Çıxışlardan sonra film nümayiş olunub. “Azərbaycanfilm” kinostudiyasının direktoru
Nazim Hüseynov, Əməkdar incəsənət
xadimi Ayaz Salayev, Özbəkistandan gələn heyət və digər qonaqlar izləyiblər.
Film
2020-ci ildə MDB ölkələrinin
iştirakı ilə
keçirilən “Moskva
premyerası” kinofestivalında
“Qran pri” mükafatına layiq görülüb. Ekran işi,
həmçinin 2021-ci ildə
“Oskar” mükafatının “Ən yaxşı xarici film” nominasiyası üzrə müsabiqəsində
iştirak edib.
Xatırladaq ki, bu ilin 13-18 sentyabr tarixlərində “İpək
Yolunun dürdanəsi”
XIV Daşkənd Beynəlxalq
Film Festivalı çərçivəsində
Özbəkistan paytaxtında
və Buxara şəhərində Azərbaycan
kinosu günləri təşkil edilmişdi.
Nurəddin
Mədəniyyət.- 2022.- 9
dekabr.- S.3.