Pəncərə” teatrının
“Qisas”ı nümayiş olunub
Biləsuvar RMİ Biləsuvar Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Pəncərə” teatrı “Qisas” adlı yeni tamaşasını təqdim edib. İlk olaraq Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Qisas” tamaşasında
müharibədə döyüşərək əsgərlərini
itirən komandirin həyat hekayəsindən
söhbət açılır. Yazıçı-publisist
Ruhiyyə Abbaszadənin hekayəsinin motivləri əsasında
hazırlanan eyniadlı tamaşanın ssenari
müəllifi və quruluşçu rejissoru Cahangir Məlik, rejissoru İlqar Dadaşov, musiqi tərtibatçısı
Rizvan Feyzullayevdir. Tamaşada rolları Cahangir
Məlik, Günel Mirzəyeva, Adil Əhmədov, Sevil
Abıyeva, Seymur Həsənov, Masallı Xalq teatrının aktyoru
Cəmaləddin Əliyev və başqaları
canlandırıb.
Mədəniyyət.- 2022.- 14
dekabr.- S.4.