Gəncə Dövlət Filarmoniyasında xeyriyyə konserti

 

 

Dekabrın 10-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Yaşat” adlı xeyriyyə konserti keçirilib.

Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri (dirijor Xalq artisti Rafael Bayramov) və “Xəmsə” estrada ansamblı (bədii rəhbər Şəhriyar Tağıyev) çıxış edib. Proqramda vətənpərvərlik mövzusunda mahnılar, dünya musiqi incilərindən nümunələr səsləndirilib.

Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, şəhid və qazi ailələri, şəhər sakinləri iştirak ediblər.

Bilet satışından əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə “YAŞAT” Fonduna ianə edilib.

 

Mədəniyyət.- 2022.- 14 dekabr.- S.4.