Tanınmış bəstəkarın 65 illik yubileyinə həsr edilən elmi-praktik konfrans

 

Dekabrın 13-də Üzeyir Hacıbəylinin Ev-Muzeyində Xalq artisti, bəstəkar, muzeyin direktoru Sərdar Fərəcovun 65 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirildi.

Konfransı Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə açaraq sənətkarın zəngin yaradıcılığı barədə danışdı. Qeyd etdi ki, Sərdar Fərəcovun sənət yolunda addımları Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbindən başlayır. Onun bu illərdə yazdığı fortepiano üçün “Prelüdlər”, “Variasiyalar”, violin ilə fortepiano üçünSkertso” və “Elegiya”, fortepiano üçün sonatina, simli kvartet, xalq çalğı alətləri orkestri üçünİki rəqs” və s. əsərlər o zaman tanınmış musiqi xadimləri tərəfindən yüksək qiymətləndirilib.

Bildirildi ki, 30 ildən artıq Üzeyir bəyin ocağında çalışan S.Fərəcov 2005-ci ildən ev-muzeyin direktorudur.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva S.Fərəcovun Üzeyir Hacıbəyli irsinin tədqiqinə verdiyi töhfələrdən danışdı, həmçinin yaradıcılıq yolu barədə söz açdı. Bildirdi ki, S.Fərəcov səhnə üçün yazılan musiqilərdən kiçik miniatürlərə qədər müxtəlif janrlarda əsərlər yazıb. Bəstəkar kamera-instrumental, vokal, vokal-simfonikxor üçün əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçünkino musiqilərinə həsr olunmuş nümunələrin müəllifidir. Üzeyir bəyin bəzi əsərlərinin işləmələri və yenidən bərpası S.Fərəcovun yaradıcılığında xüsusi yer tutur. Ü.Hacıbəylinin “Azərbaycan marşı” (Dövlət himnimiz), “İki rəqs”, simli kvartet üçün miniatürləri, “Çırpınırdın, Qara dəniz”  s. əsərləri S.Fərəcov tərəfindən tədqiq olunub. O, Üzeyir bəyin, deyilənə görə, özü tərəfindən məhv edilmişŞeyx Sənan” operasından 3 fraqmenti bərpa edərək yeni redaktədə solistlər, xorsimfonik orkestr üçün işləyib.

Konfransda daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentlər Fəxrəddin Baxşəliyev, Dilbər Hüseynova, professorlar Gülnaz Abdullazadə, Həcər Babayeva, yazıçı, dramaturq Əmir Pəhləvan, Dövlət Uşaq Filarmoniyasının xormeysteri Leyla Muradzadə, Milli Konservatoriyanın doktorantı Humay Fərəcova və başqalarının da çıxışları dinlənildi. Qeyd olundu ki, S.Fərəcovun əsərləri Avropa, Amerikakeçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib. O, həmçinin Ü.Hacıbəyliyə həsr olunmuş “Azərbaycantelefilmin” çəkdiyi “Əbədi iftixarımız”, “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı” filmlərinin ssenari müəllifidir.

Sonda yubilyar bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olundu. Çıxışlar alqışlarla qarşılandı.

 

Savalan

Mədəniyyət.- 2022.- 14 dekabr.- S.3.