Bəstəkarlar İttifaqında Heydər
Əliyevin xatirəsi anılıb
Dekabrın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin vəfatının 19-cu ildönümünə həsr olunmuş iclas keçirilib.
İttifaqın katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri ilə hələ sağlığında ümumxalq sevgisi qazanmış Heydər Əliyevin xatirəsinə bəstəkarlarımız tərəfindən çoxlu əsərlərin ithaf olunduğunu deyib. Bildirib ki, Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Vasif Allahverdiyev, Sərdar Fərəcov, Oqtay Rəcəbov və digərləri Heydər Əliyevə simfonik əsərlər həsr ediblər. Ulu öndərin xatirəsinə kantata, oda və mahnılar da ithaf olunub.
ABİ-nin katibi
Əməkdar incəsənət xadimi Cəlal
Abbasov vurğulayıb ki,
yaradıcılıq ittifaqı 2023-cü ilin
ölkəmizdə “Heydər Əliyev İli”
elan olunmasını ürəkdən
alqışlayır. Bu, Azərbaycanın
mədəni həyatı üçün
də ən əlamətdar hadisələrdən biridir. Hər il ABİ-də
Heydər Əliyevə həsr olunmuş yeni əsərlər dinlənilir və
müzakirə olunur. Cəlal Abbasov ABİ-nin üzvlərini
“Heydər Əliyev İli”ndə bu mövzuda yüksək bədii səviyyəli
yeni musiqi əsərləri
yaratmağa səsləyib.
Mədəniyyət.- 2022.- 14
dekabr.- S.2.