Heydər Əliyev Sarayının 50 illiyi tamam olub

 

Dekabrın 14-də Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50-ci ildönümü  tamam olub.

Bu münasibətlə Heydər Əliyev Sarayının rəhbərliyi əməkdaşları Fəxri xiyabana gələrək Ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, xatirəsi ehtiramla anılıb.

Sonra Şəhidlər xiyabanına gələn Heydər Əliyev Sarayının kollektivi ölkəmizin azadlığı suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəlabidə kompleksinin önünə əklil qoyublar.

Paytaxtımızın memarlıq simasında xüsusi yeri olan Heydər Əliyev Sarayı ölkənin baş səhnəsi, əsas konsert salonudur. Sarayın tikintisi Heydər Əliyevin qayğısı nəticəsində reallaşıb. Saray 1972-ci il dekabrın 14-də öz qapılarını tamaşaçıların üzünə açıb. 2004-cü ildən öz qurucusunun adını daşıyır. İllər boyu ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran Heydər Əliyev Sarayı bu gün qaynar həyatını yaşayır.

 

Mədəniyyət.- 2022.- 16 dekabr.- S.6.