Bu muzeydə
300-dən çox növdə
minerallar toplanıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) zəngin
mineral eksponatların toplandığı
muzey fəaliyyət göstərir. Mineralogiya muzeyində 56 ölkədən
300-dən çox növdə
6600-dək mineral nümunəsi nümayiş etdirilir.
Onların əksəriyyəti nadir minerallardır.
Muzeyin direktoru,
ADNSU-nun Faydalı qazıntı
yataqlarının geologiyası
və işlənməsi
kafedrasının dosenti
Ağamehdi Ağayev bildirib ki, mineral nümunələrinin xeyli
hissəsi Azərbaycanın
bölgələrində olan
yataqlardan götürülüb. Qarabağ bölgəsində
zəngin mineral yataqları
mövcuddur. Həmin yataqlardan
götürülən mineral nümunələrinin tərkibi
olduqca zəngindir.
Muzeydə mineral nümunələrinin adı,
kimyəvi tərkibi və yatağı qeyd edilib və
kataloqu hazırlanıb. Burada tərkibində
qızıl, gümüş
və digər nadir materiallarla zəngin olan mineral nümunələri
də toplanıb.
Muzey Ukrayna, Rusiya, Türkiyə, Orta Asiya ölkələrinin
elmi qurumları ilə əməkdaşlıq
edir. Həmin ölkələrdən müxtəlif növdə
mineral nümunələri gətirilir
və tədqiq olunur.
Universitetin alim və tələbələri
öz elmi tədqiqatlarında muzeyin
imkanlarından istifadə
edirlər. Universitetə gələn xarici
ölkə alimləri,
tədqiqatçılar, digər
qonaqlar da muzeyi ziyarət edərək burada nümayiş etdirilən
mineral nümunələri, onların tərkibi ilə maraqlanırlar.
Mədəniyyət.- 2022.- 16
dekabr.- S.7.