Nizami Gəncəvi Vəqfinin bir yaşı tamam olur
Dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
tərənnüm etdiyi
bəşəri dəyərləri,
ölkəmizin tolerantlıq,
qarşılıqlı anlaşma
və mədəniyyətlərarası
dialoq ənənələrini
təbliğ etmək,
şairin vəfatından
sonra Gəncə-Qarabağ
bölgəsində fəaliyyət
göstərmiş “Şeyx
Nizami Vəqfi”nin mənəvi varisi olaraq bu irsi
yaşatmaq məqsədilə
yaradılan Nizami Gəncəvi Vəqfinin
(NGV) bir yaşı tamam olur.
Vəqf
“Nizami Gəncəvi İli” çərçivəsində
2021-ci ilin 24-26 noyabr tarixlərində Bakıda
Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi: Mədəniyyətlər arasında
körpü” mövzulu
Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçıları tərəfindən
irəli sürülən
təklif və qəbul olunan kommünikenin müvafiq müddəaları əsas
tutularaq ötən ilin 30 dekabrında təsis edilib.
Vəqfin
məqsədi həmçinin
Azərbaycanın qədim
tarixini, zəngin mədəniyyətini, ədəbiyyatını,
xüsusilə Azərbaycanın
qədim şəhəri
Gəncəni beynəlxalq
auditoriyada geniş şəkildə tanıtmaq,
Nizami Gəncəvinin
ədəbi irsini tədqiq edən xarici və yerli alimlərin elmi mübadiləsini təşviq etmək, yeni tədqiqatların aparılmasına töhfə
vermək, bu irsi tədqiq edən alimlər üçün Azərbaycan
mərkəzli beynəlxalq
əməkdaşlıq platforması
yaratmaqdır.
NGV-nin fəaliyyətinin əsas istiqamətlərindən biri Nizaminin ədəbi irsinin beynəlxalq səviyyədə təbliğidir. Vəqf bu məqsədlə Atatürk Universitetinin (Türkiyə) professoru Nimet Yıldırım tərəfindən şairin “Xəmsə”sindən “İskəndərnamə” məsnəvisinin tam mətninin ilk dəfə olaraq fars dilindən türk dilinə tərcüməsinə dəstək göstərib. “Genceli Nizami. İskendername” kitabı Türkiyədə “Dergah Yayınları” tərəfindən çap olunub.
Gənc nəslin milli– mənəvi dəyərlərin daşıyıcısı olaraq yetişdirilməsi məqsədilə NGV həyata keçirdiyi layihələrdə gənclərin yaxından iştirakı üçün şərait yaradır. Gənclərin dünyagörüşünün formalaşmasına, sosial məsuliyyət hissinin və əməkdaşlıq vərdişlərinin aşılanmasına töhfə olaraq “Kəşf et, ünsiyyət qur, inkişaf et!” şüarı ilə “Gənclər konsepsiyası” hazırlanıb.
Vəqf, eyni zamanda regional və beynəlxalq səviyyəli dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində elmi və mədəni layihələrə dəstək vermək, nəticələri nəşrlər və digər vasitələrlə dünya ictimaiyyəti ilə bölüşərək fərqli mədəniyyətlər arasında körpü yaratmağı da qarşıya məqsəd qoyub. Bu məqsədlə Vəqfin Beynəlxalq Ekspertlər Şəbəkəsi (BEŞ) yaradılıb və bu elmi platformaya nüfuzlu elm adamları, ekspert və mütəxəssislərin üzvlüyə qəbulu prosesi davam edir.
Beynəlxalq əməkdaşlığa
xüsusi önəm verən NGV bu ilin 1-4 sentyabr
tarixlərində “Türk
dünyasının mədəniyyət paytaxtı” Bursada 3-cü Beynəlxalq “Baramadan
ipəyə” adlı festivala qatılaraq,
Bakı Yunus Əmrə İnstitutunun
dəstəyi və “Azəripək” MMC-nin
tərəfdaşlığı ilə “Kəlağayı:
Şəkidən Bursaya doğru
uzanan ipək tellər” adlı milli stendi təşkil edib.
Mədəniyyət.- 2022.- 16
dekabr.- S.3.