“Ustad dərsləri”
layihəsinin növbəti mərhələsi
Kamança, nağara, violin, vokal, fortepiano ifaçılığı
üzrə
Görkəmli bəstəkarlar Fikrət
Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə Mədəniyyət
Nazirliyinin Mədəniyyət
üzrə Elmi-Metodiki
və İxtisasartırma
Mərkəzi tərəfindən
reallaşdırılan “Ustad
dərsləri” layihəsinin
növbəti həftəsi
12-16 dekabr tarixlərində
keçirilib. Layihə
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin, Sumqayıt
və Kürdəmir
regional mədəniyyət idarələrinin tabeliyində
fəaliyyət göstərən
bədii təhsil müəssisələri və
mərkəzlərin kamança,
nağara, violin, akademik
və estrada vokal, fortepiano müəllimlərini
əhatə edib.
Ustad dərslərini kamança
ixtisası üzrə
Azərbaycan Milli Konservatoriyasının müəllimi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, nağara ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin baş müəllimi Təhmasib Məmmədov, violin ixtisası
üzrə Niyazi adına 22 nömrəli Musiqi məktəbinin direktoru Əməkdar müəllim İlhamə
Ağayeva, akademik və estrada vokal ixtisası üzrə Bakı Musiqi Akademiyasının baş müəllimi, M.Maqomayev adına 26 nömrəli Musiqi məktəbinin müəllimi
Dmitri Babayev, fortepiano ixtisası
üzrə G.Şaroyev
adına 35 nömrəli
Musiqi məktəbinin
pedaqoqu Əməkdar müəllim Kamilla Əmirova aparıb.
Kamança ixtisası üzrə
dərslərə 24, nağara
ixtisası üzrə
24, violin ixtisası üzrə
25, akademik və estrada vokal
ixtisası üzrə
15 nəfər, fortepiano ixtisası
üzrə isə 108
müəllim qatılıb.
Bundan başqa, dərslərdə
aparıcı bədii təhsil müəssisələrinin
istedadlı şagirdləri də çıxış ediblər.
Mədəniyyət.- 2022.- 21
dekabr.- S.3.