Fikrət Əmirovun 100 illiyi
münasibətilə İsraildə konsert
Dünya şöhrətli Azərbaycan bəstəkarı, simfonik muğam janrının banisi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlərlə – konsert və tamaşa nümayişləri ilə qeyd olunur.
Dahi bəstəkarın yubileyinə həsr olunan daha bir konsert dekabrın 25-də İsrailin Hayfa şəhərində təşkil ediləcək.
Şəhərin Krieger İncəsənət Mərkəzində reallaşacaq konsertdə Hayfa Simfonik Orkestrinin (dirijor: Xalq artisti Yalçın Adıgözəlov) müşayiətində Xalq artisti, pianoçu Murad Hüseynov çıxış edəcək.
Yubiley konsertinin proqramına Fikrət Əmirovun fortepiano əsərləri daxil edilib.
Lalə
Mədəniyyət.- 2022.- 21
dekabr.- S.2.