Bədii özfəaliyyət kollektivlərinin
müsabiqəsinə yekun vurulub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə oktyabr-noyabr aylarında keçirilmiş Bədii özfəaliyyət kollektivlərinin müsabiqəsinə yekun vurulub.
Müsabiqənin yekun konserti və mükafatlandırma mərasimi Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində (Sabunçu rayonu Maştağa qəsəbəsi) baş tutub.
Müsabiqənin keçirilməsində əsas məqsəd mədəniyyət müəssisələrinin işinin daha da təkmilləşdirilməsi, özfəaliyyət işinin, mili musiqi və folklor janrının inkişaf etdirilməsidir.
Baş İdarənin şəbəkəsinə daxil olan mədəniyyət evləri və klublarının xalq çalğı alətləri, rəqs kollektivləri, muğam üçlüyü və vokal-estrada üzrə ümumilikdə 30 bədii özfəaliyyət kollektivi müsabiqəyə qatılıb.
Münsiflər heyətinin qiymətləndirmələrinə əsasən, müsabiqənin “Xanəndə”, “Vokal estrada”, “İnstrumental ifa”, “Rəqs – böyüklər”, “Rəqs – uşaqlar” və “Rəqs-solo” nominasiyaları üzrə qaliblərinə fəxri fərmanlar və mükafatlar təqdim olunub.
Baş İdarənin rəisi İbrahim Əliyev qalibləri təbrik edib və onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Qaliblərin ifasında konsert proqramı təqdim olunub.
Mədəniyyət.- 2022.- 23
dekabr.- S.5.