Vyanada azərbaycanlı sənətçilərin iştirakı ilə konsertlər

 

Azərbaycan sənətçilərinin iştirakı ilə Avropanın musiqi mərkəzi Vyanada növbəti konsert proqramları keçirilib.

Azərbaycan Akademik Birliyinin təşkilatçılığı və ölkəmizin Avstriyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə dekabrın 19-da gerçəkləşən konsertdə Avstriyada yaşayan azərbaycanlı musiqiçilər – Ayan Məmmədli (fortepiano), Abuzər Manafzadə (fortepiano) və Orxan Cəlilov (vokal) iştirak ediblər.

Şuşa İli” və 31 DekabrDünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan musiqi axşamında Azərbaycan bəstəkarlarının əsərlərindən və xalq mahnılarından ibarət proqram təqdim olunub.

Konsertdən öncə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov çıxış edərək soydaşlarımızı qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edib, həmçinin “Şuşa İli” çərçivəsində görülən işlərdən söz açıblar.

***

Vyananın “Ehrbarkonsert salonunda gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə konsert proqramı ilə çıxış edib.

Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının dəstəyi ilə keçirilən konsertdə Abuzər Manafzadə bəstəkarlar Fridrix Şopen, Modest Musorqski, Mauris Ravel, Erik Satininözünün bəstələdiyi əsərləri ifa edib.

O hər ifadan öncə tamaşaçılara bəstəkar və əsər, eləcə də əsərin xarakterik xüsusiyyətləri barədə məlumat verib. Konsertdə M.MusorqskininBir sərginin rəsmləri” əsəri və A.Manafzadənin “Xocalıya” kompozisiyası xüsusilə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Culture Meeting Point” təşkilatının keçirdiyiXalis klassika” adlı silsilə konsertlər gənc istedadlı musiqiçiləri üzə çıxarmaq və geniş auditoriyaya tanıtmaq məqsədi daşıyır.

 

Mədəniyyət.- 2022.- 23 dekabr.- S.8.