Dünyadan keçən Nazim və Nazimdən keçən dünya

 

Görkəmli türk şairinin 120 illiyinə həsr olunan konfrans

 

Bu il görkəmli türk şair-dramaturqu, ssenarist Nazim Hikmətin (1902-1963) anadan olmasının 120 illiyidir. Bu münasibətlə dekabrın 20-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı MuzeyindəDünyadan keçən Nazim Nazimdən keçən dünyamövzusunda respublika elmi konfransı keçirilib.

Muzeyin baş direktoru akademik Rafael HüseynovAzərbaycanın, türklüyün dünyanın Nazim Hikmətimövzusunda məruzə ilə çıxış edib. Alim Nazim Hikmətin təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına təsir göstərdiyini bildirib. Şairin həyat yaradıcılıq yolunun Azərbaycanla bağlı məqamlarına diqqət yetirən akademik qeyd edib ki, söz dünyasının nəhəng simalarından olan Nazim Hikmət Azərbaycan, Türkiyə dünya ədəbiyyatında silinməz iz qoyub.

Nazim Hikmət ölkəmizdə hər zaman ehtiramla anılacaq. Çünki Azərbaycan onun üçün Vətən olmuşdur. Nazim gənc yaşlarında 1927-ci ildə ilk dəfə Bakıya qədəm qoydu. O, yaradıcılığa Türkiyədə başlasa da, ilk şeirlər kitabıGünəşi içənlərin türküsü” 1928-ci ildə Bakıda işıq üzü görüb”, – deyən Rafael Hüseynov görkəmli şairin görünməz, dərin bağlarla Azərbaycana bağlı olduğunu vurğulayıb.

Qeyd olunub ki, N.Hikməti tanıyanlar onun sıradan bir insan deyil, dahi olduğuna heç zaman şübhə etmirdilər. Həyatının böyük hissəsini qürbətdə yaşamış böyük şair bütün varlığı ilə hər zaman Türkiyəni sevib və doğma vətəninin həsrətini çəkib. Türkiyədə doğulan və əsilzadə nəslin nümayəndəsi olan Nazim gənc yaşlarından siyasətə, kommunizm və inqilabi ideyalara bağlanmışdı. 1950-ci ildə həbsxanadan azad edilən şair qısa ömür yaşamasına baxmayaraq, bu qısa ömrünə “şeir” adlı böyük bir dünya sığdırıb.

Akademik türk ədəbiyyatında sərbəst şeirin banisi olan şairin əsərlərinin bədii-estetik xüsusiyyətlərinə görə seçildiyini vurğulayıb: “Nazim Hikmətin şeirləri türkcə səslənəndə, rus dilinə tərcümə olunanda və digər dillərdə oxunanda da onun içərisindəki fikir oxucunu təsir altına salır. Rusiyanın neçə böyük şairi Nazim Hikmətdən bəhrələndiyini etiraf edib”.

Konfransın plenar iclasında “Nazim Hikmət şeirlərində “sukonseptinin ifadə vasitələri”, “Xalq yazıçısı Anarın böyük Nazim Hikmət sevgisi”, “Azadlıq və bərabərlik carçısı – Nazim Hikmət”, “Nazim Hikmət poeziyasında vətənpərvərlik motivləri” mövzularında məruzələr dinlənilib.

Tədbirdə görkəmli şairin həyat və fəaliyyətini, onun Azərbaycana səfərlərini özündə əks etdirən fotoslayd nümayiş olunub.

Konfrans işiniNazim Hikmət yaradıcılığı və incəsənət”, “Nazim Hikmət və Azərbaycan ədəbiyyatı”, “Nazim Hikmətşünaslıq: Türkiyədə, Azərbaycanda, dünyada” və “Nazim Hikmət şeiripoetika məsələləri” üzrə bölmə iclasları ilə davam etdirib.

 

Mədəniyyət.- 2022.- 23 dekabr.- S.6.