Türk xalqlarının qədim mədəni kodu onların dilləridir

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız Respublikası Prezidenti yanında Dövlət DilDil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev ilə görüşüb.

Görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın ortaq türk irsinin qorunması, bərpası və təbliği istiqamətində fəaliyyəti barədə söz açıb.

Kanıbek Osmonaliyev Qırğızıstanda dil siyasətinin təkmilləşdirilməsi, o cümlədən qırğız xalqının mənəvi dəyərlərinin dirçəlişi və inkişafında dövlət dilinin rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Söhbət zamanı türk xalqlarının qədim mədəni koduirsi olan türk dillərinə hərtərəfli dəstəyin vacibliyi barədə yekdil fikir bildirilib, həmçinin əməkdaşlıq üçün perspektiv imkanları müzakirə edilib.

Görüşdə Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş, “Qırğıztest” Dövlət Qurumunun direktoru Batma Topoeva-Stavinskaya iştirak ediblər.

 

Mədəniyyət.- 2022.- 23 dekabr.- S.8.