Ankarada Natəvanın 190 illiyinə həsr
olunmuş tədbir
Ankarada fəaliyyət göstərən Türk Dünyası Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə gerçəkləşib.
Dərnəyin sədri Arzuman Azaflı Xan qızı Natəvanın həyat və fəaliyyətindən danışaraq vurğulayıb ki, qədirbilən Azərbaycan xalqı xanım şairimizin şəxsiyyətinə hər zaman ehtiram göstərib.
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, Türkiyədə yaradıcı və pedaqoji fəaliyyət göstərən Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayev və başqaları çıxışlarında Natəvanın yaradıcılığından bəhs ediblər.
Əməkdar artist, bəstəkar
və pianoçu Turan
Manafzadənin konsert proqramı hərarətli
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2022.- 23
dekabr.- S.3.