Ankarada “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”
kitabının təqdimatı
Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyənin Milli Müdafiə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, “Qarabağ Azərbaycandır!” şüarı altında təşkil olunan mərasimdə Azərbaycanın və Türkiyənin müdafiə nazirləri, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, alimlər, qardaş ölkədə yaşayan və çalışan azərbaycanlılar iştirak ediblər.
Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürovun çıxışları dinlənilib.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycan-Türkiyə qardaşlığını, Qarabağ zəfərini əks etdirən film nümayiş olunub.
Mərasim zəngin bədii proqramla davam edib.
Qeyd edək
ki, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı Bakı Şəhər İcra Hakimiyyəti ilə AMEA-nın Tarix İnstitutunun birgə nəşridir.
Mədəniyyət.- 2022.- 23 dekabr.- S.2.