Xalq artisti, tarzən Fikrət Verdiyev vəfat edib

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış tarzən, Xalq artisti, Prezident təqaüdçüsü Fikrət Verdiyev 22 dekabr 2022-ci il tarixində, 75 yaşında vəfat edib.

Fikrət Süleyman oğlu Verdiyev 2 sentyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1957-1962-ci illərdə Gəncə şəhər 1 nömrəli Musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb. Sonra Gəncədə Qəmbər Hüseynli adına Orta İxtisas Musiqi Məktəbində həmin ixtisas üzrə təhsilini davam etdirib. Eyni zamanda Gəncə Pionerlər evi, Məktəblilər sarayı Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edib. 1967-ci ildə texnikum təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub. 1969-cu ildə GəncədəGöygölXalq Çalğı Alətləri Ansamblını yaradıb.

Konservatoriya təhsilini başa vurduqdan sonra F.Verdiyev ansambla rəhbərliklə yanaşı, Gəncə Şəhər Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyətə başlayır. 1977-ci ildə Azərbaycan SSR-in rəhbəri Heydər Əliyevin diqqət qayğısı ilə ansamblaDövlət mahnı rəqs ansamblıstatusu verilib F.Verdiyev bu kollektivə bədii rəhbər təyin olunub.

1990-cı ildə onun da səyləri iləGöygölDövlət Mahnı Rəqs Ansamblının bazasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yaradılıb quruma bədii rəhbər təyin edilib. Burada çalışmaqla yanaşı, 1982-ci ildə Zeynəb Xanlarovanın yaratdığı ansamblda konsertmeyster kimi fəaliyyət göstərib, bu kollektivlə birgə dünyanın 40-dan çox ölkəsində Azərbaycan mədəniyyətini təbliğ edib.

Sənətkar 2000-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdindəNeftçiMahnı Rəqs Ansamblını yaradıb, kollektivə rəhbərlik edib.

2011-ci ildənXan ŞuşinskiFondunun təsisçilərindən biri olaraq müxtəlif ölkələrdə Azərbaycan milli musiqisini uğurla təbliğ edən F.Verdiyev bir çox ustad sənətkarların yubiley tədbirləri yaradıcılıq gecələrini keçirib, bir sıra yaradıcılıq müsabiqələrində münsif kimi fəaliyyət göstərib.

F.Verdiyev 1987-ci ildə respublikanınƏməkdar artist”i, 2014-cü ildə isəXalq artistifəxri adlarına layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü idi.

Görkəmli sənətkar, səmimi insan F.Verdiyevin xatirəsi onu tanıyanların, həmkarlarının, sənətsevərlərin qəlbində yaşayacaq.

 

***

 

Dekabrın 22-də Təzəpir məscidində Fikrət Verdiyevlə vida mərasimi keçirilib. Mərasimdə mərhumun ailə üzvləri sənət dostları iştirak ediblər.

Həyat yoldaşı Bəyimxanım Verdiyeva F.Verdiyevin sənətə bağlılığından danışıb: “O, 60 ilə yaxın Azərbaycan mədəniyyətinə xidmət edib. Onun ürəyi musiqi ilə döyünürdü. Bir müddət idi ki, xəstə idi. Xəstə olduğu dönəmlərdə yanımızda olduqları üçün dövlətimizə Heydər Əliyev Fonduna təşəkkür edirəm”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Xalq artistləri Ramiz Quliyev, Zaur Rzayev, Mənsum İbrahimov, Möhlət Müslümov digər tanınmış incəsənət xadimləri sənətkarın vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi dəyərləndirib, onun musiqiçi təşkilatçısı tarzən olaraq fəaliyyətindən söz açıblar.

Vida mərasimindən sonra Xalq artistiQurd qapısıqəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2022.- 23 dekabr.- S.6.