Qarabağın parlaq incisiXurşidbanu Natəvan

 

Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyi münasibətilə yerlərdə bir sıra tədbirlər keçirilib.

Biləsuvar RMİ Biləsuvar rayon Orxan Əkbərov adına Uşaq incəsənət məktəbində Xan qızının 190 illiyinə həsr olunan tədbir keçirilib. Məktəbin rəssamlıq sinfi şagirdlərininŞuşa mədəniyyət beşiyimizdiradlı rəsm sərgisi nümayiş olunub.

Sabirabad RMİ Şirvan Tarix-Diyarşünaslıq Muzeyi şəhər 18 nömrəli məktəb-liseydə “Dürri-yekta” adlı tədbir keçirib. Xan qızına həsr olunmuş videofilm nümayiş olunub.

***

Ağdaş RMİ Göyçay Tarix-Diyarşünaslıq Muzeyində “Qarabağın parlaq incisiXurşidbanu Natəvan” adlı ədəbi-bədii gecə təşkil olunub. Zərdabdakı Heydər Əliyev Mərkəzində isə rayon MKS-nin 2 saylı şəhər kitabxana filialının və rayon 1 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə Natəvana həsr olunmuş tədbir keçirilib.

***

Xaçmaz RMİ Siyəzən Rayon Heydər Əliyev Mərkəzində “Natəvan ömrü” adlı tədbir təşkil edilib. Siyəzən rayon Uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvü tərəfindən Xan qızının obrazı canlandırılıb, həmçinin şairin şeirləri, həyatından bəhs edən səhnəciklər nümayiş olunub, sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

***

M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Natəvanın həyat və yaradıcılığından bəhs olunub, mədəniyyət işçilərinin ifasında şairənin qəzəlləri səsləndirilib, mahnılar ifa edilib. Rejissor Elvin Nüsrətoğlunun quruluş verdiyi gecədə Xan qızı obrazını şəhər Mərkəzi Kitabxanasının əməkdaşı Dilbər Yaqubova canlandırıb.

 

Mədəniyyət.- 2022.- 29 dekabr.- S.4.