Müdafiə Nazirliyinin
Əlahiddə Nümunəvi Orkestri 30
yaşını qeyd edib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin 30 illiyinə həsr olunmuş konsert keçirilib.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Günel Zeynallı orkestrin tarixindən söz açıb. Sonra kollektivin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, general-mayor Yusif Axundzadə, orkestrin rəisi Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə və baş leytenant Elnur Qurbanovun rəhbərliyi ilə solistlər – Əməkdar artist Xəyyam Mustafazadə, Aynur İsgəndərli, Kənan Qədimov, Züleyxa Usubova, Elman Mustafayev, Anar Hüseynov, Namiq Qurbanov, Sərxan Fətəliyev öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Üzeyir Hacıbəylinin
“Çırpınırdın, Qara dəniz”
və “Koroğlu” operasından rəqs, Ceyms Lastın “Tənha çoban”,
Con Villyamsın “İmperial
marşı”, Müslüm Maqomayevin “Odlar yurdu” və “Azərbaycan”, Rafael
Hernandesin “El Cumbanchero”, Elza İbrahimovanın
“Ey Vətən”, Rüfət Axundzadənin
“Qələbə” marşı və başqa
əsərlər səsləndirilib.
Mədəniyyət.- 2022.- 29
dekabr.- S.5.