Səhnəmizdən görünən il

 

Bu il, digər mədəniyyət ocaqları kimi, teatrlarımız da pandemiyanın səbəb olduğu təxminən ikiillik sükunətdən çıxaraq aktiv sənət həyatına qayıtdılar. Prosesi yaxından izləyən biri olaraq deyə bilərəm ki, istər tamaşaçı ilə bilavasitə ünsiyyətdə, istərsə də yeni səhnə əsərlərinin kəmiyyət və keyfiyyətində teatrlarımız özlərinə yenidən baxmaq imkanı qazandılar.

Şuşa İli” teatrlarımızın cari repertuarında, yeni tamaşalarında da əksini tapdı, il ərzində iki teatr festivalı – Mədəniyyət Nazirliyinin dəstəyi ilə “4.4” Qısa Tamaşalar və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə qurumun 125 illik yubileyinə həsr olunmuşMilli klassika” festivalları da keçirildi. Üstəlik, bir sıra teatrlarımız ölkə xaricində də festivallara qatıldılar.

***

Bu il Akademik Milli Dram Teatrı üçün əlamətdar hadisələrlə yadda qalıb. Teatrda Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan “Zəfər yolu” tamaşasının premyerası olub. Yaradıcı heyət Türkiyənin Trabzon şəhərində  keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə çıxış edib.

Teatrda Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi görkəmli sənətkarların yubiley tədbirləri də təşkil olunub. Milli Dram Teatrı “4.4” Qısa Tamaşalar Festivalında da iştirak (“Küknarlara məktub”) edib. Teatrın bu il üçün son premyerasıXurşidbanu Natəvantamaşası olub.

***

Akademik Opera Balet Teatrı da ili premyeralarla qeyd edib. TeatrdaBir Xəzər əfsanəsibaleti, “Toskaoperası yeni quruluşda təqdim olunub. Babəkbaleti yenidən sənətsevərlərin ixtiyarına verilib.

Kollektiv Fikrət ƏmirovunSeviloperası ilə Şəki İpək Yolu Festivalında bəstəkarın  100 illiyinə həsr olunmuş festival çərçivəsində Gəncə Dövlət Filarmoniyasında çıxış edib. Yaradıcı heyətMilli klassikafestivalına F.Əmirovun “Min bir gecəbaleti ilə qatılaraq mükafatlandırılıb. Kollektiv “Min bir gecəbaletini Gəncə səhnəsində nümayiş etdirib.

***

Akademik Musiqili Teatr bir sıra maraqlı layihələrə imza atıb. Bu sıraya ingilis dilindəAnamın kitabı”, eləcə Sehrli nəğmə” (uşaqlar üçün) tamaşalarını aid edə bilərik. Həmçinin  Lara Martin’s Jazz Club” (caz tamaşa), “Bəxtiyar” (musiqili komediya), “Məchul pilləkən  (balet-tamaşa), “Psix” (birhissəli cəngavərlik oyunu) bu ilin səhnə məhsullarıdır.

***

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında dörd yeni səhnə işinin – “ bir qadın gəldi...”, “Mən, sən, o telefon”, “Qələbə “Sevgi@Toçka.ru” tamaşalarının premyerası olub.

V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının Bakıya qastrolu zamanı Rus Dram Teatrının səhnəsində çıxış etməsi bu sənət ocağının aktivinə yazıla bilər.

***

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da il ərzində dörd yeni tamaşanın – “Qağayı”, “İnanıram”, “Kod adı “V.X.A” Mauqli”nin premyerası olub.

Kollektiv may ayında Makedoniyanın Bitola şəhərində keçirilmiş Beynəlxalq Monodram Teatr FestivalındaDəlinin qeydləri” mono-tamaşası ilə təmsil olunub mükafatlandırılıb. “4.4” Qısa Tamaşalar Festivalında isə teatrın daha bir yaradıcılıq məhsulu – “İnanıramtamaşası II yerə layiq görülüb.

***

Dövlət Yuğ Teatrında bu il üç premyera – “Kloun Bizzz”, “Şəbədə “Toy dəsgahıbaş tutub. Yuğçular may ayında Konyada (Türkiyə ) keçirilən “Min nəfəs bir səs”, oktyabrda isə Almatı şəhərində (Qazaxıstan) Orta Asiya ölkələrinin VIII Beynəlxalq Teatr festivallarına qatılıb.

***

Dövlət Pantomima Teatrı bu il daha çox vaxtilə repertuarında olmuş tamaşaların bərpa-nümayişlərinə üstünlük verib. Bununla belə, yaradıcı heyət “4.4” Qısa Tamaşalar Festivalının qalibi olub (“Şineltamaşası, I yer ).

***

Hələlik Bakıda fəaliyyətini davam etdirən Şuşa Dövlət Musiqili Dram Teatrı “Ana”, “Qaraca qız”, “Göyçək Fatma”, “Qırmızıpapaqtamaşalarının premyeralarını edib, həmçinin Vətən müharibəsində şanlı Zəfərin ikinci ildönümünə həsr olunmuşDəmir yumruqadlı ədəbi-bədii kompozisiyasını tamaşaçılara təqdim edib. İl ərzində “Boy çiçəyiAktyor əbədiyyətə qovuşandatamaşaları da bərpa edilib.

Teatrın kollektivinin öz doğma şəhərindəazad Şuşada ilk çıxışı (“Müsyö Jordan dərviş Məstəli şahtamaşasının açıq havada nümayişi) da bu ilin əlamətdar hadisələrindəndir.

***

Hazırda binası təmir-bərpada olan 140 yaşlı İrəvan Dövlət Azərbaycan Dram Teatrı il ərzində iki tamaşa təqdim edib. BunlarBurdan min atlı keçdiBeş dul qadın rəisadlı səhnə nümunələridir.

Onu da deyək ki, bu tamaşalar bir neçə dəfə fərqli səhnələrdə, o cümlədən ölkədaxili qastrollarda teatr həvəskarlarına təqdim edilib.

***

Azərbaycan Dövlət Kukla Teatrı il ərzində 4 repertuar-plan tamaşasını – “Düyməcik”, “Məlikməmməd”, “Üç donuz balası”, “Qar kraliçası festival üçün hazırlananZəfər zəngi”ni tamaşaçıların ixtiyarına verib. Kuklaçılar il ərzində ölkədəki teatr bayramları ilə yanaşı, Gürcüstan, Qazaxıstan Rusiyada təşkil olunan beynəlxalq festivallara da qatılıblar.

***

Bakı Uşaq Gənclər Teatrında bu il uşaqlar üçünQarınqulu ayı”, “Zəhrimar”, “Qucaqla məni”, “Xəzinələr adasıKinqin qəsritamaşalarını hazırlanıb.

***

Sumqayıt Dövlət Dram Teatrında da tamaşaçıların diqqətini çəkən səhnə əsərləri ərsəyə gəlib. Nizaminin 880 illik yubileyi münasibətilə hazırlananXəzinəadlı  epik pritça, həmçininBir gecənin nağılı”, “Qaraca qız”, “Missiyabu ilin yaradıcılıq aktlarıdır. Teatrda uşaqlar üçün hazırlananBalaca Karlsonun macəraları”, eləcə klassikaya müraciət olanKimdir müqəssir?!”, həmçinin “O olmasın, bu olsunoperettası da bu ilin yaradıcılıq işidir.

***

Gəncə Dövlət Dram Teatrı özünün 126-cı teatr mövsümünüCavad xantarixi-dramı,  Qəribə missis Sevictragikomediyası, “Kral ölür” absurd tamaşası Xanumakomediyası ilə yaddaqalan etməyə çalışıb. Balacaları da unutmayan teatr onlar üçünDanışan gəlinciktamaşasını hazırlayıb. H.Cavidin 140 illiyi münasibətilə hazırlanan “Ana” birhissəli dramı iləMilli klassikafestivalına qatılan heyət xüsusi diploma layiq görülüb.

***

Gəncə Dövlət Kukla Teatrı isə “4.4” Qısa Tamaşalar FestivalındaDərdlərimin çamadanıadlı səhnə işi iləMünsiflərin rəğbətinominasiyasında mükafat qazanıb. İl ərzində teatrdaQız qalası”, “Mauqli,  Güllü Güloğlantamaşaları da hazırlanıb.

***

Şəki Dövlət Dram Teatrı builki mövsümüİntiharilə açıb. Dekabr ayında isəÇələbi xantamaşasına ictimai baxış olub. Yeni səhnə əsəri yanvar ayından geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

***

Lənkəran teatrı da ili uğurlu nəticələrlə başa vurur. Zəfərimizi ehtiva edənHaqqın 44 günü”, “Qanlı naməProkurortamaşaları hazırlanıb. Teatrın geniş əks-səda doğuran “Casus” komediyası da builki yaradıcılıq məhsuludur.Sehrli almaQar qızın axtarışınağıl-tamaşaları uşaqlar tərəfindən maraqla qarşılanıb.

***

Qazax Dövlət Dram Teatrı da repertuar planına uyğun dörd əsərə quruluş verib. İl ərzindəDələduz”, “Qulluqçu axtarıram”, “Min bir gecəlik kitabxanaYadındamı?!”  tamaşaları hazırlanıb.

***

Salyan Dövlət Kukla Teatrının da bitməkdə olan ili məhsuldar olub. Teatrda  Meşəyə insan gəlir”, “İntiqamçı xoruz”, “Mauqli”, “Dovşanın ad günü”, “Bir etmərəm” , “Hərənin öz ulduzutamaşaları hazırlanıb.

***

Mingəçevir Dövlət Dram Teatrı 2022-ci ildəÇox adi əhvalat”, “Otello”, “Yad”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Sehrli xonça”, “Rəngsazların xatirəsi yoxdur”, “Münəccim Səlimin nağılları son olaraq  Şaxta babanın Mingəçevir sərgüzəştləri”ni tamaşaçılara təqdim edib.

***

Bu il 50 illik yubileyini təntənə ilə qeyd edən Qax Dövlət Kukla Teatrının da tamaşa palitrası zəngindir. “Turp”,  Çirkin ördək balası”, “Balaca cadugər “O olmasın, bu olsunteatrın yeni səhnə əsərləridir. Yubileylərini yaddaqalan etməyə çalışan qaxlı kuklaçılar “Biz mehriban ailəyikadlı tamaşanı da bu məqsədlə hazırlamışdılar.

***

Qusar Ləzgi Dram Teatrı bu il “4.4” Qısa Tamaşalar FestivalınaPoni”, “Milli klassikafestivalına isəHicrantamaşaları ilə qatılıb. “Adət”, “Tıq-tıq xanımXaribəy Sarıbəytamaşaları da bu il ərzində ərsəyə gəlib.

***

Ağdam Dövlət Dram Teatrı bu il Türkiyədə keçirilən beynəlxalq teatr festivalına qatılaraq repertuardakı “Tənha qadınlar”ı nümayiş etdirib. “Azad Şuşa” tamaşası isə ağdamlıların zəfər sevincinin səhnə təcəssümünə çevrilib.

***

Füzuli Dövlət Dram Teatrı müxtəlif tədbirlər ilə bağlı kütləvi xalq tamaşaları hazırlamaqla yanaşı, repertuarını da zənginləşdirməyə nail olub. Bu qəbildən “Nar şirəsi”, “Ayı balasının qoçaqlığı” və “Tənhalığın evini göstərə bilərik. “Milli klassika” festivalında “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşası ilə çıxış edən kollektiv təltifsiz qayıtmayıb.

***

Bu il yaranmasının 30 illik yubileyini qeyd edən Bakı Bələdiyyə Teatrı da premyera və qastrolları ilə yadda qalıb. Noyabrda Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində “Şuşada ürəyim qaldı” tamaşasını təqdim edən kollektiv il ərzində daha iki premyerasını – “Sehrbaz” və “Sən qayıdacaqsan” tamaşalarının nümayişini keçirib.

***

Teatrlarımızın fəaliyyətinin, yeni səhnə əsərlərinin kəmiyyət və keyfiyyət nisbəti kimi başqa bir yazının mövzusu olan məsələləri bir kənara qoysaq, ümumilikdə deyə bilərik ki, bütün hallarda ilin səhnə mənzərəsi maraqlı, canlı və işlək mexanizm ilə də yadda qaldı...

 

H.Nizamiqızı

Mədəniyyət.- 2022.- 29 dekabr.- S.1;5.