Türk Mədəniyyəti və İrsi Fondunun
Qazaxıstanla əməkdaşlığı təqdir olunub
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının mədəni mirasının yaşadılması və təbliği ilə bağlı fəaliyyətində Qazaxıstanla əməkdaşlığa da xüsusi önəm verir. Bu fikir qurumun prezidenti Günay Əfəndiyevanın Qazaxıstana səfəri zamanı keçirdiyi görüşlərdə bir daha vurğulanıb.
Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti 20-21 dekabr tarixlərində Astanada keçirilən I Mərkəzi Asiya Media Forumunda iştirak edib. O, səfər çərçivəsində Qazaxıstanın mətbuat və sosial inkişaf naziri Darxan Kıdıralı, mədəniyyət və idman naziri Dauren Abayev, həmçinin xarici işlər nazirinin müavini Adil Tursunov və Qazaxıstan Parlamenti Senatının sədr müavini Askar Şakirov ilə görüşüb.
Qazaxıstan xarici işlər nazirinin müavini Adil Tursunov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinin önəmini vurğulayıb, həyata keçirilən layihələri dəstəkləməyə hazır olduqlarını bildirib.
Askar Şakirov
da Qazaxıstanın zəngin tarixi və mədəni irsinin
tanıdılmasında fond ilə tərəfdaşlığın
vacibliyini qeyd edib. Günay Əfəndiyeva
Askar Şakirova
Qazaxıstanın böyük şairi, bəstəkar Abay
Kunanbayevin 175 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən
İspaniyada çap edilmiş poçt
markasını təqdim edib.
Mədəniyyət.- 2022.- 29
dekabr.- S.3.