Dövlət Teatr
Muzeyində Gənclər Günü
Cəfər
Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində
2 fevral – Gənclər Günü münasibətilə “Azərbaycan
gənclərinin davranış stereotiplərini istiqamətləndirən
amillər” mövzusunda dəyirmi masa təşkil edilib.
Muzeyin
direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc
Mikayılova əsası ulu öndər tərəfindən
qoyulan dövlət gənclər siyasətinin uğurla davam
etdirilməsindən bəhs edib. Bildirib ki, bu, Azərbaycan gəncliyi ilə
bağlı dövlət proqramlarının həyata
keçirilməsində özünü bir daha büruzə
verir.
Tədbirdə
Binəqədi rayonu Gənclər evinin nümayəndəsi,
psixoloq Ofeliya Əliyeva, şair Fərid Hüseyn, “Hədəf“
nəşriyyatının icraçı direktoru Səbuhi
Şahmursoy, yazıçı Ülviyyə Heydərova, Azərbaycan
Dövlət Teatr Muzeyinin əməkdaşları Suğra
Niftullayeva, Günay Teymurova, Əli Abuzərov mövzu ətrafında
çıxış ediblər.
Mədəniyyət.- 2022.- 2 fevral.- S.3.