Aktyor Natiq Fərzəliyev
60 yaşını “Sehrli tütək”lə
qeyd edib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının tanınmış aktyoru Natiq Fərzəliyevin 60 illik yubileyi münasibətilə “Sehrli tütək” tamaşası nümayiş olunub.
Tamaşa yanvarın 29-da paytaxtın Suraxanı rayonundakı Q.Abbasov adına Mədəniyyət Sarayında təqdim edilib.
Natiq Fərzəliyev 1962-ci il
fevralın 1-də Yevlax rayonunda
anadan olub. 1987-ci ildə
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini
bitirib. 1981-ci ildən Dövlət Gənclər
Teatrında aktyor kimi
çalışıb. 2009-cu ildən isə Dövlət Gənc
Tamaşaçılar Teatrında işləyib. Teatr səhnəsi ilə yanaşı televiziya tamaşalarında da
yaddaqalan rollar
oynayıb.
Mədəniyyət.- 2022.- 2 fevral.- S.7.