Şuşa – “Şərqin
konservatoriyası”
Masallı Regional Mədəniyyət İdarəsi (RMİ) Masallı rayon Heydər Əliyev Mərkəzində “2022-ci il “Şuşa İli”dir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Şuşa İli”nin əhəmiyyəti barədə danışılıb, qala-şəhərimizin tarixi, təbiəti, abidələri və görkəmli şəxsiyyətlərindən söz açılıb. Sonda tədbir iştirakçıları eyniadlı videoçarxı izləyiblər.
Şəmkir RMİ-nin rəisi Azər Rəcəbov idarənin tabeliyindəki uşaq musiqi, incəsənət və aşıq məktəblərinin direktorları ilə görüşüb. Görüşdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı il ərzində məktəblərdə görüləcək işlərdən, təklif və layihələrdən söz açılıb.
Biləsuvar RMİ-nin tabe müəssisəsi olan Cəbrayıl rayon MKS-nin 21 saylı Yuxarı Mərcanlı kənd kitabxana filialı Cəbrayıl rayon 14 saylı tam orta məktəbində “Şuşa, sən azadsan!” başlığı altında sərgi təşkil edib.
Şəki RMİ S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şərqin konservatoriyası – Qafqazın sənət məbədi” adlı tematik gecə keçirilib. Tədbirdə “Şuşanın dağları” mahnısı, Şuşa zəfərinə həsr olunmuş şeirlər söylənilib.
Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Şuşa, sən azadsan!” adlı tədbirdə mədəniyyət paytaxtımıza həsr edilmiş şeirlər, mahnılar səsləndirilib, rayon Xalq teatrının hazırladığı səhnəcik nümayiş etdirilib.
Sumqayıt RMİ Sumqayıt MKS-nin
Uşaq şöbəsi tərəfindən
“Şuşa İli”
münasibətilə “Tarix sənin
torpağında, daşındadır” mövzusunda
sərgi təşkil edilib. Sərgidə
270 yaşlı şəhərimizin tarixi-mədəni zənginliklərini
əks etdirən nəşrlər yer
alıb.
Mədəniyyət.- 2022.- 2 fevral.- S.4.