Gəncənin sənət ocaqlarında
görüşlər
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçi Emin Əliyev 27-28 yanvar tarixlərində Gəncədə işgüzar səfərdə olublar.
Nazirliyin nümayəndələri Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovla birlikdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında, Gəncə Dövlət Dram Teatrında və Gəncə Dövlət Kukla Teatrında olublar.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının musiqi kollektivlərinin – “Göygöl” mahnı və rəqs ansamblının, Kamera orkestrinin, Xalq çalğı alətləri ansamblının və “Xəmsə” estrada ansamblının ifasında konsert proqramları təqdim edilib.
Gəncə Dövlət Dram Teatrının Nüşabə Əsəd Məmmədlinin eyniadlı əsəri əsasında hazırlanan (quruluşçu rejissor Əsgər Əsgərov) “Cavad xan” tamaşasına və Gəncə Dövlət Kukla Teatrında Xanımana Əlibəylinin əsəri əsasında Şamil Məmmədlinin quruluş verdiyi “Bizim bağın gözəli” tamaşasına baxış keçirilib.
Hər iki teatrın yaradıcı kollektivi ilə görüşlər keçirilib, mövcud problemlər və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Nazirliyin əməkdaşları
kollektivlərə yeni sənət
uğurları arzulayıblar.
Mədəniyyət.- 2022.- 2 fevral.- S.5.