Böyük qırmızı evin çəkilişləri başa çatıb

 

Böyük Qayıdış”ın layihəsi

 

 

 

Mədəniyyət Nazirliyinin ötən il təşkil etdiyiBöyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib olan “Müharibə uşaqları” (yeni adı ilə “Böyük qırmızı ev”) bədii-sənədli filminin çəkilişləri başa çatıb.

Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” Kinostudiyasında istehsal edilən, çəkilişləri Bakı və Gəncə şəhərlərində aparılan 15 dəqiqəlik ekran işinin montaj işləri yekunlaşmaq üzrədir.

Bədii-sənədli filmdə 2020-ci ilin İkinci Qarabağ müharibəsi gedişində Ermənistanın terror hücumları nəticəsində fizikipsixoloji travmalara məruz qalmış uşaqların həyatlarına işıq tutulur.

Filmin ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərli, quruluşçu operatoru Daniel Quliyev, kreativ prodüseri İradə Bağırzadə, icraçı prodüseri Vidadi Rüstəmov, prodüseri Fariz Əhmədovdur. Filmdə kuklaçı obrazını aktyor Namiq Ağayev ifa edir.

Qeyd edək ki, müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuşdu. Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınmaqla 26 arasından bədii, sənədli və animasiya olmaqla ümumilikdə 11 layihə qalib seçilmişdi.

 

Mədəniyyət.- 2022.-  2 fevral.- S.5.