“Şuşa
İli”nin açılışı – ilin ilk kitabları
“Məqsədimiz Şuşanın
əvvəlki görkəmini və ruhunu özünə
qaytarmaqdır”
Fevralın
7-də M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında “Şuşa İli”nin açılış tədbiri
keçirildi. Tədbirdə Mədəniyyət
Nazirliyinin Milli Kitabxana ilə birgə çap etdirdiyi
“Şuşa – Azərbaycanın mədəniyyət
paytaxtı” və “Xan Şuşinski. Biblioqrafiya” nəşrləri
təqdim olundu.
Milli Kitabxananın direktoru Kərim Tahirov
qonaqları salamlayaraq kitabxana tərəfindən hazırlanan
“Şuşa – Azərbaycanın mədəniyyət
paytaxtı” adlı biblioqrafiyanın Şuşaya həsr
edilmiş ilk fundamental əsər olduğunu söylədi. Bildirdi ki, Şuşanın işğaldan azad
olunması münasibətilə tərtib olunmuş
biblioqrafiyada qədim şəhərimizin tarixi, mədəniyyəti,
musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri,
ictimai-siyasi həyatı, görkəmli şəxsiyyətləri,
habelə Prezident İlham Əliyevin Şuşaya səfərləri
ilə bağlı kitablarda, dövri mətbuatda, məcmuələrdə
çap olunmuş zəngin materiallar öz əksini tapıb.
Kitabda xarici dillərdə Şuşa haqqında dərc olunan
materiallar, həmçinin dünyanın milli və universitet
kitabxanalarında mühafizə olunan ədəbiyyatlar
ayrıca bölmələrdə verilib. Biblioqrafiya
tarixçilər, politoloqlar, elmi tədqiqatçılar və
geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
Tədbirdə çıxış edən mədəniyyət
naziri Anar Kərimov 2022-ci ilin çox əlamətdar
olduğunu qeyd etdi: “Sevinirik ki, əsasının qoyulmasının
270 illiyini 28 il həsrəti ilə
yaşadığımız Şuşanın özündə
qeyd edirik. Şuşa Azərbaycanın ürəyi, iftixar mənbəyidir.
Hazırda məqsəd və vəzifəmiz
Şuşanın əvvəlki görkəmini və ruhunu
özünə qaytarmaqdır. Buna görə tədbirlər
planı hazırlanır. Sənəddə il ərzində
keçiriləcək tədbirlər yer alacaq...”.
Nazir dedi ki, müzəffər Ali Baş Komandan
İlham Əliyevin və şanlı Azərbaycan Ordusunun
şücaəti sayəsində Şuşa arzumuz gerçəkləşib,
mədəniyyət beşiyi olan şəhərimiz
özümüzə qaytarılıb. Bu, böyük xoşbəxtlikdir
ki, Şuşa öz mədəniyyətinə qovuşub.
Ötən il Şuşa Azərbaycanın mədəniyyət
paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı
abadlıq işləri görülüb, bir sıra tarixi-mədəni
abidələr bərpa olunub. Bununla yanaşı,
“Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri
keçirilib. Üzeyir Hacıbəyli musiqi festivalı və
Milli Musiqi Günü Şuşada qeyd edilib. Üzeyir bəyin
Şuşada yenidən ucaldılan abidəsi önündə
konsert proqramı təşkil olunub. Bu konsertlərdə Xan
Şuşinskinin və Azərbaycanın digər görkəmli
incəsənət xadimlərinin mahnıları səslənib.
Dövlət
başçısının sərəncamı ilə 2022-ci
ilin ölkəmizdə “Şuşa İli” elan edilməsini
yüksək qiymətləndirən nazir əlamətdar ilin qədim
şəhərimizin tarixi və zəngin mədəni irsinin
təbliği baxımından böyük əhəmiyyət
daşıdığını vurğuladı.
“Şuşa İli” tədbirlərinə, maarifləndirmə
işlərinə Milli Kitabxanadan
başlandığını bildirən Anar Kərimov ötən
ildən həyata keçirilən “Qarabağa kitabla gedək”
layihəsi barədə də söz açdı. Bildirdi ki,
işğaldan azad olunmuş ərazilərimizdə bərpa
olunacaq kitabxanaların fondları üçün nəzərdə
tutulan layihə üzrə 60 mindən çox kitab
toplanıb. Bu istiqamətdə işlər davam etdiriləcək
və il ərzində Şuşada çoxsaylı tədbirlər
keçiriləcək.
Təqdimatda
çıxış edən Milli Məclisin deputatı,
akademik Nizami Cəfərov Şuşanın ədəbi-mədəni
mühiti ilə bağlı fikirlərini
bölüşdü: “Şuşa deyəndə mütləq
muğam yada düşür. Şuşada yaranan muğam əsl
Azərbaycan muğamıdır. Bu, təkcə
muğamın deyil, Azərbaycanın inkişafıdır.
Şuşa həm də yeni Azərbaycan poeziyasının vətənidir.
Molla Pənah Vaqif yeni dövr ədəbiyyatımızın ən
parlaq nümayəndəsidir. Vaqifin dili müasir Azərbaycan
dili deməkdir...”.
Şuşa Rayon İcra Hakimiyyəti
başçısının müavini Vüsalə Fətəliyeva
şuşalıların 30 il bu şəhərin həsrətini
çəkdiyini, ancaq heç zaman ümidlərini itirmədiyini
söylədi. Qələbəyə, azad Şuşaya görə
Azərbaycan xalqının hər zaman şəhidlərimizə,
qazilərimizə və Prezident İlham Əliyevə minnətdar
olacaqlarını dilə gətirdi. V.Fətəliyeva
həmçinin Qarabağ xanı İbrahimxəlil xanın
Şuşada tikdirdiyi kitabxananın bölgədə ən zəngin
kitabxana olduğunu, Şuşanın mədəniyyət və
incəsənət xadimlərinin yetişməsində də
bu elm ocağının əhəmiyyətli rolundan söz
açdı.
“Xan Şuşinski. Biblioqrafiya” nəşrinin
ön söz müəllifi, Xalq artisti Sərdar Fərəcov
muğam sənətimizdə iz qoyan sənətkarlardan bəhs
etdi. Dedi ki, Azərbaycan muğamının gözəlliyi,
möhtəşəmliyi haqqında söz açılanda
onun görkəmli ifaçıları yada düşür:
“Bu ifaçılar arasında elə xanəndələr olub
ki, onların oxuduqları muğam onların adları ilə
qoşa çəkilib. Məsələn, “Zabul Qasım”,
“Segah İslam” və ya şəkili Ələsgərin “Rəhabı”,
Məşədi Məmməd Fərzəliyevin
“Şüştər”i, Seyid Şuşinskinin
“Çahargah”ı və sair. Lakin elə xanəndələr
də olub ki, onların ifasında bir yox, iki yox, bəlkə də
bütün muğamlar və bu muğamların şöbələri
ən xırda detalları ilə səslənib, dinləyicilərin
ürəklərini fəth edib. Belə xanəndələrdən
biri də Xalq artisti Xan Şuşinski idi. O, hələ
sağlığında Azərbaycan xalqının ən
sevimli sənətkarı olub, adı əfsanələşib,
dillərə düşüb, muğam kimi qədim bir sənətin
rəmzinə çevrilib. Bu kitabla yaxından tanış
olduqca görürük ki, dahi şəxsiyyətlərin həyatı
heç də adi olmayıb. Onların ömrü sonradan
dastana çevrilib...”.
Xan Şuşinskinin qızı, muğam
ustadının adını daşıyan fondun rəhbəri Bəyimxanım
Cavanşirova-Verdiyeva layihənin əhəmiyyətindən
söz açaraq ailəsi adından təşəkkürünü
bildirdi: “Ulu öndər Heydər Əliyevin
layiqli davamçısı, Qarabağ torpaqlarını bizə
qaytararaq adını dövlətçilik tariximizə əbədi
yazdıran Prezident İlham Əliyev Şuşa şəhərini
ölkəmizin mədəniyyət paytaxtı, daha sonra 2022-ci
ili “Şuşa İli” elan etməklə elə bil
dünyanı bizə bağışladı. O, bununla ulu
öndərin vəsiyyətini yerinə yetirdi, bir
övlad kimi onun qoyduğu yolu davam etdirdi. Prezident bu ili
“Şuşa İli” adlandırmaqla beynəlxalq miqyasda
sübut etdi ki, həqiqətən də, Şuşa tarixi, əzəli-əbədi
Azərbaycan şəhəridir”.
Tədbirin sonunda iştirakçılar Milli
Kitabxana tərəfindən hazırlanmış “Şuşa
– Azərbaycanın mədəniyyət paytaxtı” adlı
kitab sərgisi ilə tanış oldular.
Lalə Azəri“Şuşa İli”nin
açılışı – ilin ilk kitabları
1 / 9
09-02-2022 75
“Məqsədimiz Şuşanın əvvəlki
görkəmini və ruhunu özünə qaytarmaqdır”
Fevralın 7-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında “Şuşa İli”nin
açılış tədbiri keçirildi. Tədbirdə
Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə
çap etdirdiyi “Şuşa – Azərbaycanın mədəniyyət

Lalə Azəri
Mədəniiyət.- 2022.- 9 fevral.
S.1;3