Nazir Şəmkir rayonunda mədəniyyət ocaqlarına baxış
keçirib
Mədəniyyət
naziri Anar Kərimov ölkəmizin qərb bölgələrinə
səfəri çərçivəsində fevralın 4-də
Şəmkir rayonuna gəlib. Nazir əvvəlcə Şəmkir
şəhərində ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarət edib, önünə gül dəstəsi
qoyub.Sonra Şəmkir rayon Mədəniyyət Mərkəzinə
baş çəkən Anar Kərimov müəssisənin
binası və fəaliyyəti ilə tanış olub. Nazir Mədəniyyət
Mərkəzi nəzdində xalq kollektivlərinin, teatr
qruplarının yaradılmasının vacibliyini
vurğulayıb, bununla bağlı göstərişlər
verib.Şəmkir şəhər Mərkəzləşdirilmiş
Kitabxana Sisteminə (MKS) gələn nazirə kitabxananın şöbələri,
kitab fondları barədə məlumat verilib. Anar Kərimov
MKS-də texniki təchizatın
yaxşılaşdırılması ilə bağlı
tapşırıqlar verib.
Şəmkir
Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan mədəniyyət
naziri muzeyin ekspozisiyasına və kitab fonduna baxış
keçirib. Muzeydə memar-rəssam Fərman Hüseynov tərəfindən
çəkilən "Toy" adlı divar miniatür əsəri
barədə məlumat verilib ki, 73 kvadratmetr sahəsi olan əsər
bu qəbildən ən böyük əl işlərindən
hesab edilir. Muzeydə qorunan 2500 illik sütun daşları
haqqında məlumat da nazirə bilgi verilib.
Şəmkir
Rayon Uşaq Musiqi Məktəbinə gələn nazir
binanın vəziyyəti ilə tanış olub. Məktəbin
xor kollektivinin, tar ixtisası üzrə təhsil alan
şagirdlərinin ifalarını dinləyib. Bildirilib ki, məktəbdə
665 şagirdin təlim-tərbiyəsi ilə 134 nəfər
müəllim məşğul olur. Burada 10 ixtisas – fortepiano,
violin, tar, kamança, qarmon, xanəndəlik, nağara,
klarnet, xor, nəzəriyyə üzrə tədris həyata
keçirilir.
Peşəkarlıq
səviyyəsi və təşəbbüskarlığın
artırılması ümumi inkişaf üçün əhəmiyyətlidir
Şəmkir rayonunda səfərdə olan mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə fevralın 4-də rayon Heydər Əliyev Mərkəzində Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin rəhbərləri ilə görüş keçirilib.Görüşdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edilib, bu sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığının artırılmasının ümumi inkişaf üçün əhəmiyyəti vurğulanıb.
Anar
Kərimov bildirib ki, Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mədəniyyət
sahəsinə daim diqqət və qayğı göstərilir.
Mədəniyyət müəssisələri də fəaliyyətlərini
bu diqqət və qayğıya adekvat qurmalıdır.
Görüşdə
mədəniyyət müəssisələrində mövcud
olan problemlərdən söz açılıb, bununla
bağlı təkliflər dinlənilib. Nazir Anar Kərimov
problemlərin aradan qaldırılması üçün
müvafiq tapşırıq və tövsiyələrini
verib.
Sonda
mədəniyyət işçiləri ilə xatirə şəkli
çəkdirilib.
Mədəniyyət.-
2022.- 9 fevral.S.4.