Ukraynada Yusif Vəzir Çəmənzəminlinin adı əbədiləşdirilib

 

Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin bərpasının 30 illiyi münasibətilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səfiri olmuş yazıçı Yusif Vəzir Çəmənzəminlinin adına böyük auditoriyanın barelyefinin açılışı olub. Çəmənzəminli vaxtilə Kiyevdə ali təhsil alıb.Açılış mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, universitetin rektoru Volodimir Buqrov, Azərbaycanın sabiq xarici işlər naziri, səfir, Cümhuriyyət dövrünün araşdırmaçısı Vilayət Quliyev, Çəmənzəminlinin nəvəsi, Azərbaycan XİN-in şöbə rəisi Yusif Vəzirov, Ukraynanın xarici işlər mədəniyyət nazirlərinin müavinləri Mikola Toçitskiy Rostislav Karandeev, Ali Radanın deputatları iştirak ediblər.Elmira Axundova bildirib ki, Çəmənzəminli burada təkcə diplomat kimi çalışmayıb, o, həmçinin ictimai ədəbi fəaliyyəti ilə də Ukraynada aktiv olub. Səfir bu açılışın Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin bərpasının 30 illiyi ərəfəsinə təsadüf etdiyini xatırladaraq ötən müddətdə müstəqil ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından danışıb.

Universitetin rektoru V.Buqrov bildirib ki, Çəmənzəminli kimi tarixi şəxsiyyətin onların məzunu olması qədər şərəfdirsə, bugünkü barelyefin açılışı da o qədər qürurvericidir. O, universitetlərində barelyefin ilk dəfə açıldığını bildirib.Ukrayna xarici işlər nazirinin müavini Mikola Toçitskiy isə Azərbaycan ilə Ukrayna arasında müstəqil tarixi əlaqələrin 100 il əvvələ gedib çıxmasını iki ölkə arasında dostluğun tarixiliyinin bariz nümunəsi olduğunu bildirib. O qeyd edib ki, fevralın 6-da 30 ili tamam olan Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin bərpası iki ölkə arasında münasibətlərin uğurlu tarixlərindəndir. Nazir müavini qeyd edib ki, ikitərəfli münasibətlər prezidentlər İlham Əliyev Volodimir Zelenski tərəfindən olduqca dinamik məhsuldar formada inkişaf etdirilir.Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev çıxışında Çəmənzəminlinin fəaliyyətindən, Ukrayna tarixində onun rolundan bəhs edib.Auditoriyada Azərbaycan atributları ilə yanaşı, Çəmənzəminliyə aid tarixi eksponatlar da yerləşdirilib.Yazıçının nəvəsi Yusif Vəzirov babasının yaşadığı günlərdən yadigar qalan Bakıdan gətirdiyi kilim armudu stəkanı da auditoriyaya təhvil verib.Sonra universitetin akt zalında Yusif Vəzir Çəmənzəminlinin Kiyevdəki təhsil həyatından bəhs edənStudentləravtobioqrafik romanının təqdimatı olub.Qeyd edək ki, yanvarın 21-də Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Vladimir Buqrov Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ali təhsil ocağında azərbaycanlı dövlət xadimi yazıçı Yusif Vəzir Çəmənzəminli adına auditoriyanın yaradılmasına dair anlaşma memorandumu imzalayıblar. Memoranduma əsasən, universitetin Hüquq fakültəsinin 243 saylı auditoriyasına Yusif Vəzir Çəmənzəminlinin adı verilib. Auditoriya səfirliyin maliyyə dəstəyi ilə təmir olunub.Yusif Vəzir Çəmənzəminlinin arxivindən əlyazmaların, diplom sənədlərin surətləri, şəkilləri auditoriyaya təqdim olunub. Auditoriyada həmçinin müasir müstəqil Azərbaycana, ümummilli lider Heydər Əliyevə Prezident İlham Əliyevə aid guşə yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Respublikasının xəritələri, Qarabağ xalçası da auditoriyada yer alıb.

Auditoriyanın girişində qoyulan Yusif Vəzir Çəmənzəminlinin barelyefinin müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.

 

Mədəniyyət.- 2022.- 9 fevral. S.2.