UNESCO sessiyasında ŞuşadakıXarıbülbülmusiqi festivalından danışılıb

 

 

Fevralın 8-də Parisdə UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 15-ci sessiyası onlayn formatda işə başlayıb. Sessiyada ölkəmizi Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, Mədəniyyət Nazirliyi UNESCO yanında Daimi Nümayəndəliyi təmsil edir.

 

Sessiyada Hökumətlərarası Komitənin 2022-2023-cü illər üçün planına dair qərar qəbul olunacaq, dövri hesabatlar dinləniləcək, Beynəlxalq Mədəni Müxtəliflik Fonduna (İFCD) təqdim olunmuş yeni layihələrin maliyyələşdirilməsi təsdiqlənəcək. Hökumətlərarası Komitə İFCD-nin resurslarından istifadəyə dair təlimatların ilkin təftiş layihəsini, eləcə mikro, kiçik orta mədəniyyət yaradıcı müəssisələrlə müntəzəm məsləhətləşmə mexanizminin yaradılması üçün texniki-iqtisadi əsaslandırma haqqında hesabatı da müzakirə edəcək. 2005-ci il Konvensiyasının həyata keçirilməsində vətəndaş cəmiyyəti ilə əməkdaşlığı gücləndirmək məsələsi gündəlikdəki mövzular arasındadır.

 

Sessiyanın ilk günü ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edib.

 

Daimi nümayəndə BMT Baş Assambleyasının 74-cü sessiyasında 2021-ci ilinDayanıqlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İlielan edildiyini xatırladaraq ölkəmizdə bu sahədə görülən işlərdən söz açıb.

 

Bildirib ki, “Davamlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İli” COVİD-19 pandemiyasının yaradıcı iqtisadiyyatı iflic etdiyi vaxta təsadüf edib. Bu böhran bütün dünyada mədəniyyət sektorunda mövcud zəiflikləri üzə çıxardı yaradıcılığın hər kəs üçün, xüsusən rifahımız üçün qədər vacib olduğunu bir daha təsdiqlədi.

 

Azərbaycan yaradıcı sektoruna COVİD-19 pandemiyasının təsirindən bəhs edən Elman Abdullayev ölkə başçısının müvafiq sərəncamı ilə 2021-ci ildə elan edilmişAzərbaycan – 2030: sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərbarədə məlumat verib. Bildirib ki, yaradıcı sənayeni dəstəkləmək bu sahədə iqtisadi artımı təmin etmək üçünİqtisadi artımprioriteti çərçivəsindəMədəniyyətin yaradıcı sənayenin dinamik inkişafı bu sahədə ixrac potensialının gücləndirilməsi”nə dair məqsədlər müəyyən edilib.

 

Daimi nümayəndə 2021-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradıldığını da diqqətə çatdırıb. Bildirib ki, federasiya ölkəmizdə bu sahənin inkişafı üçün zəruri olan münbit ekosistemi dəstəkləməklə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, yaradıcı məhsul xidmətlərin istehsalı ixracının təşviqi, yaradıcılıq sənayesi sahəsində ictimai təşkilatlarla , habelə 2019-cu ilKreativ Azərbaycanportalında yaradılmış müxtəlif fəaliyyətləri idarə edir.

 

Azərbaycanın Lənkəran şəhərininqastronomiyanominasiyası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edildiyini deyən E.Abdullayev bunun  Azərbaycan, eləcə UNESCO üçün regionumuzun zəngin mədəniyyətinin mətbəxinin kəşf edilməsində növbəti uğur olduğunu bildirib.

 

Daimi nümayəndə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada otuzillik fasilədən sonra 2021-ci ildə ilk dəfə təşkil olunanXarıbülbülmusiqi festivalı barədə danışıb. Qeyd edib ki, Şuşanın işğaldan azad edilməsindən sonra ilk möhtəşəm tədbir olan festival  ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivlərini bir araya gətirib, festivalda Azərbaycan mədəni müxtəlifliyinin əsl mahiyyətini əks etdirən xalq klassik musiqi proqramı təqdim edilib.

 

E.Abdullayev çıxışında 2021-ci ilin oktyabr ayında Bakı Ekspo MərkəzindəQarabağın bərpası, yenidən qurulması inkişafıQarabağı yenidən quradlı beynəlxalq sərgidən söz açıb. Sərgininİşğal olunmuş ərazilərdə iqtisadi, investisiya turizm potensialı Rəqəmsal iqtisadiyyatkimi mövzulara, Qarabağda həyata keçirilməsi təklif olunan layihələrə, Azərbaycandayaşıl enerji”nin inkişafı imkanlarına həsr olunduğu qeyd edilib. Sərgi çərçivəsində Azərbaycan Mədəniyyət NazirliyininMədəniyyət üçün sülh” (Peace4Culture) qlobal kampaniyasına həsr olunmuş panel sessiyasının keçirildiyi diqqətə çatdırılıb.

 

Sessiya iştirakçılarına Azərbaycan PrezidentininAğıllı şəhərAğıllı kəndkonsepsiyasının hazırlanması ilə bağlı sərəncamı haqqında da məlumat verilib.

 

Çıxışın sonunda daimi nümayəndə Azərbaycan UNESCO əlaqələrinə toxunaraq, 2022-ci ildə bu əlaqələrin 30 illiyinin tamam olduğunu bildirib. Vurğulanıb ki, bu illər ərzində UNESCO ilə möhkəm davamlı tərəfdaşlıq qurumun səlahiyyətlərinin müxtəlif sahələrdə dəstəklənməsi ölkəmiz üçün prioritet olub. Azərbaycan qurumun bir çox mühüm tədbirlərinə ev sahibliyi edib, Afrika Prioriteti, gender bərabərliyi təhsil kimi sektorlarda mədəni müxtəliflik mədəniyyətlərarası dialoq üzrə müxtəlif layihələr həyata keçirib.

 

Xatırladaq ki, Azərbaycan UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin üzvüdür. Hökumətlərarası Komitənin 15-ci sessiyası fevralın 11-dək davam edəcək.

 

 Mədəniyyət.- 2022.- 9 fevral. S.1;3