Azərbaycan tarixi-mədəni
irslə bağlı dini-etnik zəmində ayrı-seçkilik etmir
Alban
irsinin monitorinqini aparacaq işçi qrupa xarici ekspertlər də
cəlb olunub
Azərbaycan
tarixi-mədəni irsinə onun dini-etnik mənşəyindən
asılı olmayaraq hər zaman hörmətlə
yanaşıb. Bu yanaşma,
eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə
yerləşən tarixi-mədəni
irsə münasibətdə
də sərgilənir.
Bu sözlər
son günlər bir sıra xarici
kütləvi informasiya
vasitələri tərəfindən
ölkəmizin işğaldan
azad edilmiş ərazilərindəki mədəni
irs mövzusunda yayılan qərəzli xəbərlərlə bağlı
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
məlumatında diqqətə
çatdırılır.
Vurğulanır
ki, işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini
abidələr Azərbaycan
irsinə aiddir, onların qorunması Azərbaycan dövlətinin
öhdəliyidir və
bu, Azərbaycan rəsmiləri tərəfindən
dəfələrlə bəyan
edilib. Buna əyani sübut olaraq Şuşada başlamış genişmiqyaslı
bərpa-quruculuq prosesinin
məscidlərlə yanaşı,
iki xristian kilsəsini də əhatə etməsini göstərmək olar: “Azərbaycan, Ermənistandan
fərqli olaraq, tarixi-mədəni irsinə
dini və etnik zəmində ayrı-seçkilik etmir və Silahlı münaqişə zamanı
mədəni sərvətlərin
qorunması haqqında
1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə
sadiqdir”.
Həmçinin
qeyd olunur ki, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi tərəfindən
hal-hazırda işğaldan
azad edilmiş ərazilərdə müvafiq
monitorinq aparılır.
“İşğaldan
azad edilmiş ərazilərdə qədim
alban irsinə gəldikdə, qeyd etmək lazımdır ki, bu irsin tədqiqi
ilə bağlı işçi qrup təsis edilmişdir. İşçi qrupa həm yerli, həm də xarici ekspertlər cəlb olunub və yerində təhlükəsizlik vəziyyəti imkan
verəcəyi təqdirdə, işçi
qrupun üzvləri bu xristian irsinin
monitorinqini həyata keçirib onu tədqiq edəcəklər.
Saxtakarlıq aşkar
ediləcəyi təqdirdə
beynəlxalq ekspertlərin
iştirakı ilə
bu pozuntular sənədləşdirilərək beynəlxalq ictimaiyyətə
təqdim ediləcək.
Xatırlatmaq istərdik
ki, tarixi-mədəni
irs üzərində
dəyişikliklər edilməsi
və onun mənşəyinin dəyişdirilməsi
1954-cü il Haaqa Konvensiyasının müddəalarına
ziddir”, – deyə məlumatda bildirilir.
Mədəniyyət.- 2022.- 9 fevral. S.2.