Yerlərdəki mədəniyyət müəssisələri
müasir çağırışlara
cavab verməlidir
Xəbər
verdiyimiz kimi, fevralın 3-də Gəncə şəhərinə
səfər edən mədəniyyət naziri Anar Kərimov
burada bir sıra mədəniyyət müəssisələrinə
baş çəkib, onların fəaliyyəti ilə
maraqlanıb.
Səfər çərçivəsində Anar Kərimov Nizami Gəncəvi Məqbərə Kompleksini
ziyarət edib. Sonra Nizami Gəncəvi
Muzeyinə baxış
keçirən nazirə
burada mütəfəkkir
şairin həyat və fəaliyyəti ilə bağlı elektron məlumat köşkünün yaradılması
barədə məlumat
verilib. Nazir ziyarətçilərə göstərilən
xidmət səviyyəsinin
yüksəldilməsi, muzeyin
yeni eksponatlarla zənginləşdirilməsi ilə
bağlı tapşırıqlar
verib.
Anar Kərimov
Gəncə Dövlət
Dram Teatrının bu günlərdə istifadəyə verilən
yeni binası ilə də tanış olub. Bildirilib ki, son illər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı
və diqqəti ilə respublikamızda onlarla yeni mədəniyyət
müəssisəsi tikilib
istifadəyə verilib.
Bütün sahələrdə
olduğu kimi, milli mədəniyyətimizin
müxtəlif sahələrinin
inkişafı, ölkəmizin
mədəni irsinin qorunması və təbliği istiqamətində
fəal işlər aparılır. O cümlədən
regionlarda mədəni
həyata xüsusi diqqət ayrılır, yeni mədəniyyət ocaqları tikilir, mövcud müəssisələr
təmir olunur. Gəncə Dövlət Dram Teatrının yeni, möhtəşəm
binası da ölkə başçısının
müvafiq sərəncamına
əsasən inşa edilib.
Teatrın binası
ilə tanışlıqdan
sonra yaradıcı heyətlə görüş
keçirilib. Nazir görüşdə teatr
əməkdaşlarına yaradıcılıq
uğurları arzulayıb.
Anar Kərimov eyni zamanda teatrın
yeni səhnəsində
Gəncənin tarixini
əks etdirən əsərlərin tamaşaya
qoyulmasını tövsiyə
edib.
Gəncə Dövlət Kukla Teatrına gələn nazir burada kollektivin
iş şəraiti ilə tanış olub. Məlumat verilib ki, teatr
tarixi binada yerləşir, yaradıcı
heyət tərəfindən
yeni tamaşalar nümayiş olunur. Nazir repertuarda olan tamaşalardan parçalar izləyib, tövsiyələrini diqqətə
çatdırıb.
Daha sonra
Gəncədəki Nizami
Kinoteatrı ilə tanış olan Anar Kərimova müəssisənin fəaliyyətinin
müasir tələblər
səviyyəsində qurulması
məqsədilə yeni
layihələrin hazırlanması
barədə məlumat
verilib.
Ölkə rəhbərliyi
tərəfindən mədəniyyət
sahəsinə xüsusi
münasibət var
Səfər çərçivəsində Anar Kərimov F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə
regionunun mədəniyyət
ictimaiyyətinin nümayəndələri
ilə görüş
keçirib.
Nizami yurdu
Gəncənin Azərbaycan
və dünya mədəniyyəti üçün
əhəmiyyətini qeyd
edən nazir bu şəhərin yetirdiyi tarixi şəxsiyyətlər, mədəniyyət
və incəsənət
xadimləri barədə
söhbət açıb.
Bildirilib ki, bu qədər tanınmış simanı
dünyaya bəxş
edən Gəncədə
yaşayıb-yaratmaq qürurverici
hissdir.
Nazir həmçinin
diqqətə çatdırıb
ki, mədəniyyətə
əyləncə sahəsi
kimi yanaşmaq olmaz, mədəniyyət ölkəmizin strateji məqsədlərini özündə
cəmləşdirən həyat
tərzidir. Ulu əcdadlarımızın yaratdığı
və bizə miras qoyduğu maddi mədəni irsimizin qorunması vacibdir. Bu sahəyə
ölkə rəhbərliyi
tərəfindən xüsusilə
həssas münasibət
var, daim diqqət və qayğı göstərilir.
44 günlük Vətən müharibəsində
əldə etdiyimiz Qələbənin qürur
tariximizin başlanğıcı
olduğunu vurğulayan
Anar Kərimov bu kontekstdə mədəniyyət sahəsinin
üzərinə düşən
öhdəlikləri qeyd
edib. Bildirib ki, ölkəmizdə şəhidlərimizin xatirəsini
və Vətən müharibəsində tarixi
Zəfəri əbədiləşdirən
memorial komplekslər, muzeylər tikilir. Bu günlərdə dövlət başçısı
tərəfindən Gəncə
Memorial Kompleksinin təməli qoyulub. Bu istiqamətdə işlər davam etdiriləcək.
İnsanların yaşam tərzində mədəniyyətin və
təhsilin rolunu qeyd edən nazir bu baxımdan
kino, teatr, kitabxana və muzeylərin əhəmiyyətini
vurğulayıb. Deyib
ki, mədəni mirasın nəsildən-nəslə
ötürülməsi, yeni
nəslin təhsilli və mədəniyyətli
olaraq yetişməsi ölkəmiz üçün
müstəsna önəmli
məsələdir.
Regional mədəniyyət
idarələrinin fəaliyyətindən
danışan Anar Kərimov nazirlik sistemində aparılan sistemli islahatlara da toxunub. Bildirib ki,
yeni yanaşmada mədəniyyət sahəsində
çalışan insanlar
dövlətçilik, şəffaflıq,
ədalətlilik, məsuliyyət
kimi prinsipləri öz fəaliyyətlərində
rəhbər tutmalı,
daha təşəbbüskarlıq
və peşəkarlıq
nümayiş etdirməli,
göstərdikləri xidmətlərin
keyfiyyətini daha
da artırmalıdırlar.
Nazir eyni zamanda bu sahədə
yeni layihələrin keçirilməsinin, marketinqin
aparılmasının, maddi-texniki
vəziyyətin yüksəldilməsinin
prioritet məsələlərdən
olduğunu diqqətə
çatdırıb.
Mədəniyyət işçilərinin suallarını
cavablandıran Anar Kərimov onlara işlərində müvəffəqiyyətlər
arzulayıb.
Sonda Gəncə
Dövlət Filarmoniyasının
“Şuşa İli”nə
həsr olunmuş konsert proqramı təqdim edilib.
Mədəniyyət.-
2022.- 9 fevral.- S.4.