Anar Kərimov Xalq artisti Əlibaba
Məmmədovu evində
ziyarət edib
Mədəniyyət
naziri Anar Kərimov bu günlərdə 92 yaşını
qeyd edən Xalq artisti, “Şöhrət”, “İstiqlal” və
“Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu
evində ziyarət edib.
Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi
Əlibaba Məmmədovu
doğum günü münasibətilə təbrik
edən Anar Kərimov onun Azərbaycan incəsənətində
xüsusi rolunu vurğulayıb. Nazir ustad xanəndənin
bənzərsiz ifası
ilə yanaşı, müəllifi olduğu mahnıların dillər əzbərinə çevrildiyini
deyib. Əlibaba Məmmədovun yetişdirdiyi
tələbələrin bu
gün də Azərbaycan muğam sənətinin gələcək
nəsillərə ötürülməsində
iştirak etdiyini
vurğulayan nazir sənətkara möhkəm
cansağlığı arzulayıb.
Xalq artisti
Əlibaba Balaəhməd
oğlu Məmmədov
5 fevral 1930-cu ildə Bakının Maştağa
kəndində doğulub.
Sənətkar milli muğam sənətinin inkişafına dəyərli
töhfələr verib,
mahnı və təsniflər bəstələyib.
Əlibaba Məmmədovun
ən məşhur bəstələrindən biri
Hüseyn Arifin sözlərinə yazdığı
“Yaşa hələ...”
mahnısıdır.
İlləri yola salmışam,
Mahnı qoşub,
saz çalmışam.
Ömür deyir
qocalmışam,
Ürək deyir
yaşa hələ...
Mədəniyyət.-
2022.-9 fevral.- S.3.