Radiolayihə hər həftənin cümə günü yayımlanacaq

 

Danışır Şuşa

 

 

 

Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, Bərpası İnkişafı üzrə Dövlət Xidməti, “AzerNyuMediaşirkəti Avto FM”in birgə layihəsi olanDanışır Şuşaradio proqramı növbəti həftədən efirə çıxacaq.

 

Layihə hər həftənin cümə günüAvto FM” (107.7) radiosunun efirində yayımlanacaq. İlk buraxılış isə 18 fevralda efirə gedəcək.

 

Layihə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, mətbəxinə, bu şəhərdə dünyaya göz açmış onunla əbədi bağlılığı olan şəxsiyyətlərə həsr olunacaq.

 

Layihədə əsas məqamlardan biri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası İnkişafı üzrə Dövlət Xidmətinin Qarabağda, xüsusilə Şuşada apardığı mədəni monitorinqlər barədə məlumatların təqdim edilməsidir.

 

Danışır Şuşalayihəsinin hər buraxılışı beş bölmədən: “Şuşa kimi tarix”, “Şuşa tərzi”, “Qafqaz mirvarisi”, “Zəfər yolu”, “Unutmarubrikalarından ibarətdir.

 

Layihənin rəhbəri Kamran Qasımov, aparıcısı RJ Yaqut, səs supervayzeri Yaşar Baxış, məsləhətçisi tarixçi Elçin Əhmədovdur.

 

Mədəniyyət.- 2022.- 9 fevral.- S.3.