Yeni gənclikmusiqi günlərinin son akkordları

 

 

Mədəniyyət Nazirliyi tərəfindən 2-4 fevral tarixində reallaşdırılanYeni gənclikmusiqi günləri sona çatdı. Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan layihənin son konserti fevralın 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi.

 

Musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Mustafa Mehmandarov) müşayiəti ilə respublika beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva (fortepiano) çıxış etdi.

 

Proqramda ilk olaraq dünya şöhrətli polyak bəstəkarı Frederik Şopenin fortepiano orkestr üçün 1 nömrəli konserti səsləndirildi. Gənclərin bayram konsertinə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Don Kixotsimfonik qravürü ilə yekun vuruldu. Orkestrin solistin coşqulu ifası tamaşaçıların gur alqışları ilə qarşılandı.

 

Konsertdən sonra bizimlə söhbətində təəssüratını bölüşən Vüsalə Babayeva bildirdi ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) bakalavr magistr pillələrində təhsil alıb. Ölkə başçısının müvafiq sərəncamı ilə adıAzərbaycanın gənc istedadlarınınQızıl kitabı”na yazılıb Prezidentin aylıq təqaüdünə layiq görülüb. Təhsilini başa vurduqdan sonra BMA-da konsertmeyster kimi əmək fəaliyyətinə başlayıb. Bir çox yerli beynəlxalq müsabiqədə uğurla çıxış edərək mükafatlar qazanıb. 2019-cu ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Prezident təqaüdçülərinin konsert-festivalında səhnəyə çıxıb. Gənc pianoçu solo Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə müxtəlif konsertlərdə çıxış edir.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 9 fevral.- S.5.