Ustad xanəndənin
xatirə gecəsi
Fevralın
6-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti,
ustad xanəndə Ağaxan Abdullayevin (1950-2016) xatirəsinə
həsr olunmuş tədbir keçirildi. “ASAN Könüllüləri” təşkilatının
dəstəyi ilə gerçəkləşən gecədə
görkəmli xanəndənin
həyat və yaradıcılıq yoluna
işıq salındı.
Əvvəlcə xanəndənin muğam müsabiqələrində və
televiziya verilişlərində
çıxışlarından kadrlar nümayiş olundu.
Xalq artistləri,
tarzənlər Vamiq Məmmədəliyev, Malik
Mansurov, BMM-in layihə rəhbəri Gülhüseyn Kazımlı
çıxış edərək
sənətkarın milli
muğam sənətinin
inkişafında xidmətlərindən
söz açdılar.
Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) əməkdaşı Əsli
İbrahimli çıxış
edərək Ağaxan
Abdullayev sənətinin
yeni xanəndələr
nəsli üçün
təbliğinin əhəmiyyətli
olduğunu dedi.
Sənətkarın oğlu Xoşbəxt Abdullayev tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirdi.
Xatirə gecəsi konsert proqramı ilə davam etdi. Ağaxan Abdullayevin
yetirmələri Vəfa
Vəzirova, Nisbət Sədrayeva, Məmməd Nəcəfov xanəndənin
repertuarından muğam
və təsniflər
səsləndirdilər.
Sonda ustadın
daha bir oğlu Hikmət Abdullayevin ifasında atasının xatirəsinə
ithaf olunan “Ata” mahnısına çəkilmiş
klip nümayiş etdirildi.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 9 fevral.-
S.6.