Masallı Xalq
teatrının tamaşası
Masallı RMİ-nin tabeliyindəki N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq teatrının “Şuşa – açılan səhərim” adlı tamaşasının təqdimatı olub.
Öncə Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov çıxış edərək Şuşa şəhərinin xalqımızın tarixindəki yerindən, bu əsrarəngiz sənət ocağının mədəniyyətimizə bəxş etdiyi görkəmli şəxsiyyətlərindən söhbət açıb.
Daha sonra tamaşa nümayiş olunub. Səhnə əsərində Şuşanın mədəni
mühiti və tanınmış sənət
adamlarının fəaliyyəti
əks etdirilib, eyni zamanda şəhərin
uzun işğal dönəmi və azadlığına qovuşması
mövzuları monoloq
və şeir kompozisiyaları vasitəsilə
diqqətə çatdırılıb.
Tamaşaya rejissor Cəmaləddin Əliyev quruluş verib, səhnə və musiqi tərtibatı Elsevər Əliyev və Ruslan Zahidova aiddir. Tamaşada teatrın kollektivi və Masallı Dövlət Regional Kollecinin tələbələri
çıxış edir.
Mədəniyyət.- 2022.- 11 fevral.- S.4.