“Yeni aşıq səsləri”
Azərbaycan Aşıqlar Birliyi (AAB) “Yeni aşıq səsləri” layihəsinin icrasına başlayıb. Birlikdə yeniyetmə və gənc aşıqların seçilən, diqqətçəkən səsləri, ifa tərzləri mütəmadi olaraq dinlənilir, onlara istiqamət verilir və uyğun məqamda səhnəyə çıxarılaraq saz-söz ictimaiyyətinə təqdim olunur.
Bu layihə üzrə ilk addım olaraq fevralın 5-də Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişində (aparıcı AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı – red.) gənc və yeniyetmə aşıqlardan Əhməd Təbrizoğlu, Nahid Yusifov, Rəqsanə Laçınlı, İbadət Mehdiyev, Murad Babaşov, Murad Dadaşəliyev və başqalarının ifaları tamaşaçılara təqdim edilib.
Martın 5-də efirə çıxacaq “Saz-söz axşamı”nda isə xanım ifaçıların yeni səsləri saz sevərlərin görüşünə gələcək.
“Yeni aşıq səsləri”
layihəsi ilboyu davam
edəcək.
Mədəniyyət.- 2022.- 11 fevral.- S.7.