Gürcüstanda azərbaycanlılara məxsus abidələrin qorunması və təbliği

 

Gürcüstandakı azərbaycanlılara məxsus maddiqeyri-maddi mədəni irs abidələrinin rəsmi status alması, qorunub saxlanılması və təbliği istiqamətində yeni layihəyə başlanılıb.

Layihə “Həmrəylik Muzeyi” qeyri-hökumət təşkilatı tərəfindən həyata keçiriləcək. Təşkilatın rəhbəri Elnur Əlisoy bildirib ki, layihə çərçivəsində aparılacaq tədqiqat materialları və tövsiyələr çap olunaraq aidiyyəti qurumlara təqdim olunacaq.

Bu məqsədlə Kvemo Kartli bölgəsinin bələdiyyələrinin ərazilərinə çöl işləri və ekspedisiyalar təşkil olunacaq, abidələrin mövcud vəziyyəti öyrəniləcək, təmir və bərpası ilə əlaqədar hesabatlar tərtib olunacaq.

Eyni zamanda bələdiyyələrin muzeyləri və şənliklərində etnik azlıqların mədəniyyətinin təmsil olunması monitorinqi aparılacaq, qeyri-dominant etnik qrupların mədəniyyətinin qorunması və tanıdılması istiqamətində bələdiyyə büdcələrindən ayrılmış maddi vəsait analiz olunacaq.

 

Mədəniyyət.- 2022.-  11 fevral.- S.6.