AzTV-ninŞuşa İli”nə töhfəsi

 

 

Azərbaycan Televiziyası (AzTV) “Şuşa İli” ilə əlaqədar olaraq yeni layihəyə start verir. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Şuşam mənim” adlı layihə silsilə verilişlər şəklində olacaq.

İl ərzində yayımlanacaq verilişdə Əməkdar incəsənət xadimi, sənətşünas, professor İlham Rəhimli iki şuşalı ilə birlikdə şəhəri qarış-qarış gəzəcək. Onlar Şuşada əvvəl mövcud olub, işğal zamanı ermənilər tərəfindən dağıdılmış abidələrin yerini, yaxud qalıqlarını tapır, köhnə şəkillərini və hazırkı vəziyyətini nümayiş etdirirlər.

Hər buraxılış mövzular üzrə (məhəllələr, bulaqlar, məscidlər, tarixi abidələr və s.) işlənəcək.

Layihənin məqsədi işğal dövründə şəhərdə həyata keçirilmiş erməni barbarlığını bir daha dünyaya nümayiş etdirməkdir.

 

Mədəniyyət.- 2022.-  11 fevral.- S.7.