Astarada qayaüstü
təsvir, Lerikdə kurqanlar
aşkarlanıb
Astara və Lerikdə aparılan arxeoloji tədqiqatlar zamanı yeni tapıntılar aşkar edilib.
Bu barədə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru Fərman Quliyev məlumat verib.
Onun bildirdiyinə görə,
AMEA Arxeologiya, Etnoqrafiya
və Antropologiya İnstitutunun
əməkdaşları ilə birgə Astara
rayonunun ərazisində aparılan tədqiqatlar
zamanı Sım kəndində bölgə üçün
nadir hesab edilən yeni qayaüstü təsvirlər
aşkarlanıb. Lerik rayonunun
Mistan kəndi ərazisində isə Son Tunc dövrünə aid olunması ehtimal edilən
beş iri və orta ölçülü
kurqan tapılıb.
Mədəniyyət.- 2022.- 11 fevral.- S.4.