Tovuz 2022-ci il üçün “Azərbaycanın Gənclər
Paytaxtı” elan olunub
2012-ci ildən “Azərbaycanın Gənclər Paytaxtı” layihəsi həyata keçirilir. Hər il, paytaxt Bakı istisna olmaqla, ölkənin bir şəhər və ya rayonu bu missiyanı daşıyır. 2022-ci ildə estafeti Tovuz şəhəri qəbul edir.
Fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində ölkənin 9 şəhəri arasında püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən, Tovuz 2022-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” elan edilib.
Qeyd edək ki,
ötən müddətdə Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən,
Naxçıvan, Şamaxı, Masallı, Göygöl
“Azərbaycanın Gənclər Paytaxtı” seçilib.
Mədəniyyət.- 2022.- 4 fevral.- S.4.