Gənclər Kitabxanasında Gənclər Günü

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Gənclər Günü münasibətilə tədbir təşkil olunub.

“Azərbaycan gəncləri” adlı tədbiri kitabxananın direktoru Aslan Cəfərov açıb. Ulu öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun bu günü, gələcəyi, həm də sabaha olan ümididir” sözlərini diqqətə çatdıran direktor Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulması, bu siyasətin nəticəsi kimi ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşünə malik nəslin yetişməsindən bəhs edib.

Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Azərbaycan gəncliyinin xaricdə ölkəmizi uğurla təmsil etməsindən söz açıb. Şöbə müdiri Tamella Məmmədova hazırladığı “Gənclər vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmalı təqdim edib.

Şöbə müdirləri Abuzər Quliyeva, Mehriban Abbasova, Sevda Axundova, Səadət Şəfiyeva, Xəyalə Məmmədova müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsində gənclərin sosial-siyasi fəaliyyəti mövzusunda danışıblar.

Fəaliyyəti ilə fərqlənən gənc əməkdaşlara diplomlar təqdim olunub. Sonda “Ucalsın gəncliyin səsi” adlı kitab sərgisinə baxış keçirilib.

 

Mədəniyyət.- 2022.- 4 fevral.- S.3.