Qarabağ müharibəsi haqqında filmin ssenarisi üzərində
iş gedir
Xəbər verildiyi kimi, bu il 44 günlük İkinci Qarabağ müharibəsi haqqında bədii filmin istehsalına başlanılacaq. Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələcək ekran əsəri döyüş filmi janrında olacaq.
Hazırda filmin ssenarisi üzərində iş gedir. Ssenari yazılışı prosesində müharibə
ilə bağlı məlumatlar, real döyüş
hekayələri toplanır,
emal olunur. Real faktlar və yaxın tarix haqqında filmin mükəmməl bədii
(ekran) təcəssümünə
nail olmaq xüsusilə
ciddi və məsuliyyətli işdir.
2022-ci ildə sözügedən
filmin ssenarisinin tamamlanması, hazırlıq
prosesinin aparılması
və çəkilişinə
başlanılması nəzərdə
tutulub.
Mədəniyyət.- 2022.- 4
fevral.- S.5.