Sənətdə yorulmayan sənətkar

 

Kinoda çəkilməsəydi belə, səsləndirdiyi filmlərlə yenə məşhurlaşacaqdı...

 

 

 

Onu teatr, televiziya tamaşalarından, kinoda yaratdığı xarakterik obrazlardan, eləcə də bir çox ekran əsərlərində səsindən yaxşı tanıyırıq. İştirakçısı olduğu yaradıcılıq nümunələrini izlədikcə yaşının müdrik çağında sənət çağırışlarından usanmadığına da sevinirik. Bilirik ki, iştirak etdiyi hər bir sənət nümunəsini yaradıcılıq üslubuna görə dolğunlaşdıracaq, sənətin həyat üçün vacibliyini təsdiqləyəcək. Söhbət uzun illər Azərbaycan teatr, kino sənətində yorulmadan çalışan, bir çox yaddaqalan ekran obrazlarına imza atan görkəmli sənətkar, Xalq artisti Rafiq Əzimovdan gedir.

Hələ uşaq yaşlarından sənətə həvəs göstərən, gənc yaşlarından (1958) teatra üz tutan, yerlixarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda böyük  həvəs, coşqu ilə çıxış edən Rafiq Əzimovun məhsuldar yaradıcılıq fəaliyyəti 1962-ci ildən başlayır. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunubkinoda debüt edib. Debüt işi “Əmək və qızılgül” filmində olub. Bundan sonra kinoya çəkilməklə bərabər, “Azərbaycanfilm”in dublyaj şöbəsində müxtəlif ekran əsərlərində, o cümlədən “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmində Oleq, “Uşaqlığın son gecəsi”ndə Murad, “Bir cənub şəhərində” sosial dramında Sabir, “Qızıl uçurumda Qüdrət və başqa kino personajlarını peşəkarlıqla səsləndirib, rolların daxili mənini, arzu və istəklərini ifaçılar qədər dəqiq xarakterizə edib. 30-a yaxın filmdə irili-xırdalı xarakterik ekran obrazları yaradan Rafiq Əzimov kinoda çəkilməsəydi belə, yenə də diksiyasına, ifadəli, qəlbəyatımlı, ahəngdar səsinə görə məşhurlaşacaqdı, tanınacaqdı.

 

Sənətdə saç-saqqalını ağardan, 6 fevralda 84 yaşı tamam olan ustad aktyoru həyatı sənət, sənəti həyat zirvəsindən seyr etmək nəsib olması münasibətilə təbrik edirik, fürsətdən istifadə edib yaradıcılıq dünyasına sənət dostlarının ürək sözləri fonunda bir daha nəzər salırıq.

 

 

 

Rejissorları onun hansı cəhəti cəlb edir?

 

 

 

Xalq artisti, televiziyakino rejissoru Ramiz Həsənoğlu: “Rafiq müəllimlə üç tamaşada  (“Topal Teymur”, “Ordan-burdan” və “Nigarançılıq”) işləmişəm. Hər dəfə də onunla olan işbirliyimdən razı qalmışam. Rejissorları onun hansı cəhəti cəlb edir? Onda ilk növbədə son dərəcədə məsuliyyət var. O həm də çox istedadlıdır. İstedadına və zəhmətkeşliyinə görə Rafiq Əzimova istər Azərbaycan kinosunda, istər teatrında, istərsə də televiziya tamaşasında həmişə ehtiyac olub. O, yaradıcı şəxsdir. Mən ona cansağlığı, uğur arzulayıram və ümid edirəm ki, yollarımız yenə də kəsişəcək. Biz yeni işlərlə bir-birimizi sevindirəcəyik...”.

 

Kinorejissor İlqar Nəcəf: “Rafiq müəllimlə ilk dəfə “Butafilminin çəkilişlərində görüşdük. O, məni tanımasa da, mən onu yaddaqalan obrazlarından yaxşı tanıyırdım. Onda mən çox həyəcanlı idim. Bu da təbiidir, çünki ilk filmim idi, məsuliyyəti də böyük idi. Bütün sahələrdə müəyyən tərəddüdlərim vardı, aktyor seçimində də həmçinin. Çəkiliş prosesində bir daha əmin oldum ki, düz qərar vermişəm. Rafiq müəllim yaxşı aktyor olmaqla yanaşı, həm də məsuliyyətli insandır. Bu, mənim ilk filmim olsa da, onun çoxsaylı işlərindən biri idi. Buna baxmayaraq onun məsuliyyəti mənə çox kömək etdi. Filmdə uşaq aktyor da vardı. Ancaq Rafiq müəllimin peşəkarlığı öz işini gördü. Onun fərdi ifası və tərəf-müqabilləri ilə olan dialoqları uğurlu alındı.

 

Hər aktyora kinoda, televiziya tamaşasında və teatrda uğurlu obrazlar oynamaq nəsib olmur. O, bu yaşa kimi sənətdə dolğun yol keçib və əminəm ki, özübu yolu keçdiyi üçün fəxr edir. Hər bir rejissor arzulayar ki, belə ciddi, peşəkar bir aktyorla işləsin. Butafilmindən sonra çəkiliş meydançasında görüşməsək , bayramlarda zəngləşirik, dostluğumuz davam edir. Filmimdə oynamağa razılıq verdiyi üçün ona bir daha təşəkkürümü bildirir, uğurlarının davamlı olmasını arzulayıram...”.

 

Əməkdar incəsənət xadimi, kinorejissor Elçin Musaoğlu: “Rafiq Əzimovu çoxdan tanısam da, kino meydançasında ilk dəfə 2007-ci ildə tanış oldum. “40-cı qapıfilmini çəkəndə ona zəng etdim. Xoşuma gələn cəhəti o oldu ki, onunla danışanda elə bilirsən ki, çoxdan tanışsan. Çox mehriban, ürəyəyatan adamdı. Söhbət zamanı ağsaqqal olduğu üçün məsafə saxlamağa çalışsam da, o, mənimlə həmyaşıdım kimi ünsiyyət yaradırdı. Ssenarini ona verdiyimdə oxudu maraqlı fikirlərini söylədi. Bu da təbiidir. Çünki çoxillik təcrübəsi var. Əlavələrini birbaşa demirdi. Bunu təvazökarcasına edirdi. Çəkildiyi digər filmlərdən misal çəkirdi, fikirlərini dolayısı ilə bildirirdi. Çox böyük daxili mədəniyyətə malik insandır.  

 

Rafiq müəllimi filmdə bir neçə epizodda çəkəcəkdim. Birinci çəkilişimiz Bakının Qala kəndində olduçox rahat işlədik. Bir həftə keçdi, növbəti epizoda çəkmək üçün ona zəng etdim, telefonu götürmədi. Dostlarına, nəhayət, həyat yoldaşına zəng etdim. Dedi ki, bəs bilmirsiniz, Rafiq müəllim infarkt keçirib.  Mən çox pis oldum. Bir neçə gün keçdio, özü mənə zəng etdi. Səsini eşitdiyimdə çox sevindim. Hal-əhval tutduq. Söhbət əsnasında zəif səslə bildirdi ki, Elçin, bağışla, sənin də işini yarımçıq qoydum. Onda yadıma düşdü ki, doğrudan da, axı biz işləyirdik onunla. Dedim, Rafiq müəllim nə danışırsınız, əsas sizin sağlamlığınızdır, narahat olmayın. Sonra əlavə etdim ki, yəqin bir-iki həftədən sonra sizi növbəti epizoda çəkə bilərik. Gülümsədi və bildirdi ki, həkimlər bir aydan çox uzanmağımı məsləhət görürlər. İşləməyimə icazə vermirlər. Anladım ki, ssenaridə dəyişiklik etməliyəm.

 

Baxmayaraq ki, o, bir epizodda oynayıb, ancaq obrazı elə dolğun yaradıb ki, adama elə gəlir ki, bir neçə epizodda çəkilib. Çox maraqlı gülüşü var. Ona həmişə gözlərindən gülən adam deyirəm. O, gülməyə başlayanda birinci gözləri gülür. Onu əslində xoşbəxt sənətkar adlandırmaq olar. Çünki bu insana Allah-Təala, demək olar ki, hər şey verib. Övladları, sənəti, sevdikləri. Ona cansağlığı, işlərində uğur arzulayıram...”.

 

 

 

Tərəf-müqabillərinə münasibəti ilə həmişə seçilib

 

 

 

Xalq artisti Sabir Məmmədov: “Rafiq Əzimova çox böyük hörmətim var. 30 ildən çoxdur ki, onunla birlikdə çalışıram. Zəhmətsevərliyi, tərəf-müqabillərinə olan münasibəti ilə həmişə seçilib. O, elə bir şəxsiyyətdir ki, ona həm arxalanmaq, həm onunla dostluq etmək olar. Mənim ən əziz dostlarımdandır. Yol yoldaşı kimi çox gözəl insandır. Dəfələrlə xaricə bölgələrə səfər etmişik. Çox incə yumor hissi var. Dublyorlarına sənət sirlərini həmişə çox səmimiyyətlə başa salır. Xatirə danışmağı da çox sevir. Klassiklər haqqında olan məlumatları demək olar ki, ondan soruşuruq, öyrənirik. Çox maraqlı həmsöhbət mehriban insandır. Bəxtim gətirib ki, belə gözəl sənətkarla bir səhnəni bölüşürəm...”.

 

Şəhla Əmirli

kinoşünas

 

Mədəniyyət.- 2022.- 4 fevral.- S.7.