Bölgələrdəki mədəniyyət
müəssisələrində “Şuşa
İli”
Ağdaş Regional Mədəniyyət İdarəsi RMİ Zərdab rayon Həsən bəy Zərdabi Muzeyində keçirilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa” adlı tədbirdə muzeyin direktoru Vəfa Bayramova və digər qonaqlar mövzu ətrafında çıxış ediblər.
Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şuşa mədəniyyətimizin beşiyidir” adlı tədbir keçirilib. Tədbirdə Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətindən danışılıb, Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə sayəsində ölkəmizin beynəlxalq arenada söz sahibinə çevrildiyi qeyd olunub.
Bərdə RMİ Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Aran-2 qəsəbə Mədəniyyət evi “Şuşa abidələr şəhəridir” adlı tədbir təşkil edib.
Sabirabad RMİ Saatlı rayon Mədəniyyət Mərkəzinin 2 saylı şəhər klubunda Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi və Qarabağ xanı Pənahəli xan barədə məlumat xarakterli toplantı təşkil olunub. Tədbirdə mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağstafa RMİ Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində “Əziz Şuşa, sən azadsan!” başlıqlı tədbir keçirilib. Məktəbin müəllimləri mövzu ətrafında çıxış edib, şagirdlər şeirlər səsləndirib.
Şəki RMİ Balakən rayon
Mədəniyyət Mərkəzində “Şuşa
Azərbaycanın mədəniyyət paytaxtıdır”
adlı ədəbi-bədii kompozisiya təşkil
edilib. Tədbirdə regional idarənin rəhbərliyi və əməkdaşları,
1-ci və 2-ci Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri, Balakən rayonunda
fəaliyyət göstərən idarə və təşkilatların
nümayəndələri, mədəniyyət işçiləri
iştirak ediblər.
Mədəniyyət.- 2022.- 16
fevral.- S.4.