Şuşa – Qarabağın baş tacı

 

Bölgələrdəki mədəniyyət müəssisələrində “Şuşa İli”nə həsr olunan müxtəlif tədbirlər təşkil edilir.

Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Aşağı Daşağıl kənd Folklor klubundaŞuşa İli” münasibətilə “Qarabağın döyünən ürəyi” mövzusunda ədəbi-bədii kompozisiya təşkil edilib. Tədbirdə kənd tam orta məktəbin şagirdləri musiqilər ifa edib, şeirlər səsləndiriblər.

Ağdaş RMİ Zərdab rayon Heydər Əliyev Mərkəzində “Hər qarışı tarix söyləyən bənzərsiz Şuşamövzusunda tədbir keçirilib. Mərkəzin direktoru Könül Rəhimova çıxışında bildirib ki, 2022-ci ilin ölkəmizdə “Şuşa İlielan edilməsi qədim şəhərin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə çarpdırmaq baxımından diqqətəlayiq addımdır.

Sabirabad RMİ Saatlı rayon Heydər Əliyev Mərkəzində “Şuşanın şəxsiyyətləri” adlı layihə çərçivəsində şair Qasım bəy Zakirin (1784-1857) həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib. Tədbirdə Saatlı rayon Gənclər evinin və Saatlı MKS-nin əməkdaşları iştirak ediblər.

Saatlı Dövlət Rəsm Qalereyasında “Şuşa – Qarabağın baş tacıdır” adlı rəsm sərgisi təşkil edilib. Sərgidə rəssamlıq dərnəyi üzvlərinin əl işləri nümayiş olunub.

 

Mədəniyyət.- 2022.- 18 fevral.- S.4.