Kamera və orqan
musiqisi zalında “Günümüzün
gəncləri”
Fevralın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Günümüzün gəncləri” adlı konsert keçiriləcək.
Musiqi axşamının solistləri – respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Vurğun Vəkilov və Atabala Manafzadə konsertdə M.Musorqskinin “Sərgidən şəkillər”, A.Skryabinin 3 nömrəli “Sonata” (fis-moll, op23), S.Raxmaninovun yeddi nömrəli “Prelüd” (c-moll, op23) əsərlərini ifa edəcəklər.
Qeyd edək ki, “Gənclərə dəstək” layihəsinin əsas məqsədi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsi, həmçinin dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır. Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik auditoriyaya - muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.
Lalə
Mədəniyyət.- 2022.- 18
fevral.- S.5.